| Kürfürstlük | |||||
| Trir kürfürstlüyü | |||||
|---|---|---|---|---|---|
| alm. Kurfürstentum Trier | |||||
| |||||
![]() | |||||
| 898 — 29 noyabr 1801 | |||||
| Paytaxt | Trir | ||||
| İdarəetmə forması | Knyaz-arxiyepiskopluq | ||||
Trir kürfürstlüyü (alm. Kurfürstentum Trier və ya alm. Kurtrier; fr. Électorat de Trèves) IX əsrin sonundan XIX əsrin əvvəllərinə qədər mövcud olmuş Müqəddəs Roma İmperiyasının knyaz-yepiskopluğu idi. Bu kürfürstlük avtomatik Trir yeparxiyasının arxiyepiskopuna verilirdi. İmperiyada Trir kürfürstündən başqa iki ruhani kürfürst də var idi: Mayns kürfürstlüyü və Köln kürfürstlüyü.
Kürfürstlərin paytaxtı Trir idi; XVI əsrdən etibarən isə kürfürstün əsas iqamətgahı Koblensdə idi. 1803-cü ildə alman vasitəçiliyi zamanı kürfürstlük dünyəviləşdirildi. Trir kürfürstü arxiyepiskop kimi ərazisi kürfürstlüyə uyğun gəlməyən Trir yeparxiyasını da idarə edirdi.
- 898-ci ildə yaranmış dövlətlər və ərazilər
- 1801-ci ildə ləğv olunmuş dövlətlər və ərazilər
- Müqəddəs Roma imperiyasının knyaz-yepiskopları
- Reyn vilayəti tarixi
- Avropanın tarixi dövlətləri
- Tarixi Avropa monarxiyaları
- Müqəddəs Roma İmperiyasının kurfürstlükləri


