| Tuzxurmatu qəzası | |
|---|---|
| | |
| 34°50′29″ şm. e. 44°37′53″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tuzxurmatu qəzası | |
Tuzxurmatu qəzası (ərəbcə: قضاء طوز خور ماتو) — İraq Respublikasının Səlahəddin mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhəridir.
Ərazisi
2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.316 km² ərazini əhatə edir.
İnzibati-ərazi bölgüsü
İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Tuzxurmatu nahiyyəsi (ərəbcə: ناحية طوز خور ماتو), Əmirli nahiyyəsi (ərəbcə: ناحية آمرلي) və Süleymanbəy nahiyyəsi (ərəbcə: ناحية سليمان بيك).
Əhalisi
| İnzibati vahid | Ərazi | 2003-ci il | 2007-ci il | ||||
|---|---|---|---|---|---|---|---|
| Ümumi | % | Ümumi | % | ||||
| Səlahəddin mühafazası | 24 075 km² | 942 314 | 100.00 | 1 191 403 | 100.00 | ||
| Tuzxurmatu qəzası | 2 316 km² | 153 391 | 16.28 | 160 690 | 13.49 | ||
Etnik tərkibi
Bölgədə həyata keçirilən lokal araşdırmaya əsasən 2009-cu ildə mühafazada təxminən 1.2 milyon nəfər, Tuzxurmatu qəzasında isə təxminən 190 min nəfər əhali yaşayır. Tuzxurmatu şəhəri və qəzadakı digər yaşayış məntəqələrində yaşayanlar da daxil olmaqla bütün qəzada toplam təxminən 75 min etnik türkman məskunlaşmışdır. Ancaq bundan əlavə də qeyd etmək lazımdır ki, qəzada yaşayan türkmanların bir qismi ərəbləşmişdir. Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhərində yaşayan türkmanların əksəriyyəti şiə, az qismi sünnidir, əksinə kəndlərdə yaşayanların isə çoxu sünni, az hissəi isə şiə müsəlmanlardır. Qəzanın türkman əhalisi əsasən mənşəcə Bayat tayfasındandır.
Ən böyük yaşayış məntəqələri
- Tuzxurmatu şəhəri
- Yengicə kəndi
- Bastamlı kəndi
- Çardaqlı kəndi
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Tuzxurmatu qəzası