Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Tuzxurmatu qəzası (ərəbcə: قضاء طوز خور ماتو) — İraq Respublikasının Səlahəddin mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhərid

Tuzxurmatu qəzası

34°50′29″ şm. e. 44°37′53″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Tuzxurmatu qəzası
34°50′29″ şm. e. 44°37′53″ ş. u.HGYO
Ölkə
  •  İraq
Xəritəni göstər/gizlə
Tuzxurmatu qəzası xəritədə
Tuzxurmatu qəzası
Tuzxurmatu qəzası

Tuzxurmatu qəzası (ərəbcə: قضاء طوز خور ماتو) — İraq Respublikasının Səlahəddin mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhəridir.

Ərazisi

2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.316 km² ərazini əhatə edir.

İnzibati-ərazi bölgüsü

İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Tuzxurmatu nahiyyəsi (ərəbcə: ناحية طوز خور ماتو), Əmirli nahiyyəsi (ərəbcə: ناحية آمرلي) və Süleymanbəy nahiyyəsi (ərəbcə: ناحية سليمان بيك).

Əhalisi

İnzibati
vahid
Ərazi 2003-ci il 2007-ci il
Ümumi % Ümumi %
Səlahəddin mühafazası 24 075 km² 942 314 100.00 1 191 403 100.00
Tuzxurmatu qəzası 2 316 km² 153 391 16.28 160 690 13.49

Etnik tərkibi

Bölgədə həyata keçirilən lokal araşdırmaya əsasən 2009-cu ildə mühafazada təxminən 1.2 milyon nəfər, Tuzxurmatu qəzasında isə təxminən 190 min nəfər əhali yaşayır. Tuzxurmatu şəhəri və qəzadakı digər yaşayış məntəqələrində yaşayanlar da daxil olmaqla bütün qəzada toplam təxminən 75 min etnik türkman məskunlaşmışdır. Ancaq bundan əlavə də qeyd etmək lazımdır ki, qəzada yaşayan türkmanların bir qismi ərəbləşmişdir. Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhərində yaşayan türkmanların əksəriyyəti şiə, az qismi sünnidir, əksinə kəndlərdə yaşayanların isə çoxu sünni, az hissəi isə şiə müsəlmanlardır. Qəzanın türkman əhalisi əsasən mənşəcə Bayat tayfasındandır.

Ən böyük yaşayış məntəqələri

  • Tuzxurmatu şəhəri
  • Yengicə kəndi
  • Bastamlı kəndi
  • Çardaqlı kəndi
Üst