Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Təfəkkür Universiteti (tam adı: Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti) — Azərbaycanda fəaliyyət göstərmiş özəl ali təhsil müəssisəsi.

Təfəkkür Universiteti

40°23′19″ şm. e. 49°51′08″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Təfəkkür Universiteti
Tip özəl
Əsası qoyulub 1995–2017
Rektor Müşfiq Atakişiyev
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı Bakı
Ünvan Təbriz küç. 19
40°23′19″ şm. e. 49°51′08″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təfəkkür Universiteti (tam adı: Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti) — Azərbaycanda fəaliyyət göstərmiş özəl ali təhsil müəssisəsi.

Haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almış "Təfəkkür" universiteti Azərbaycan, rus, ingilis və ispan dillərində bakalavr pilləsində yüksəkixtisaslı kadrlar hazırlayan tədris müəssisəsi olub.

Maddi-texniki bazası

Universitetdə fizika laboratoriyası, kimya laboratoriyası, kompüter mərkəzi, linqafon kabineti, oxu zalı, idman zalı, yeməkxana, sürücülük məktəbi, kriminalistika laboratoriyası, morfologiya laboratoriyası, iqtisadiyyatın elmi problemləri laboratoriyası fəaliyyət göstərir.

Beynəlxalq əlaqələri

"Təfəkkür" universitetinin ABŞ-nin Hardfort, San-Dieqo, Frenso, Santa-Barbara;. İngiltərənin Oksford, Kembric, Qrinviç; Hollandiyanın Erasmus, Van-Holl; Almaniyanın Berlin Politexnik universitetləri, habelə Türkiyə, Kipr və Malayziyanın bir sıra ali məktəbləri ilə sıx əlaqələri olub.

Universitet 1997-ci ildə MDB dövlətləri arasında təhsil sahəsində 100 liderdən biri fəxri adına, 1998-ci ildə isə beynəlxalq əlaqələrinə görə "Qran-Pri" mükafatına layiq görülmüşdür.

Bağlanması

2016-cı ilin oktyabr ayından etibarən "Təfəkkür" Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi müraciəti, universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017–2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

Üst