Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Udi təqvimi (udi. tumargir) — Udilər tərəfindən istifadə olunan təqvim. Qriqorian təqviminə görə hazırlanıb Qafqaz Albaniyası təqvimindən götürülmüşdür. 2013-cü

Udi təqvimi

Vikipediya, azad ensiklopediya

Udi təqvimi (udi. tumargir) — Udilər tərəfindən istifadə olunan təqvim. Qriqorian təqviminə görə hazırlanıb Qafqaz Albaniyası təqvimindən götürülmüşdür. 2013-cü ildən Alban-Udi icması tərəfindən çap olunur və pulsuz paylanır.

Aylar

Udi təqvimi Qriqorian təqvimi
Navars Yanvar
Namos' Fevral
Xibna Mart
B'ipna Aprel
Mayis May
Exna İyun
Ec'na İyul
Bok'na Avqust
Ereq'na Sentyabr
T'ule Oktyabr
Śile Noyabr
Ĭǰna Dekabr

Həftənin günləri

Udincə Azərbaycan dili
Samci ği Bazar ertəsi
P'ǝ̌mci ği Çərşənbə axşamı
Xibimci ği Çərşənbə
Bip'imci ği Cümə axşamı
Parask'i ği Cümə
Şamat ği Şənbə
Běyin ği Bazar

Vacib günlər

  • Milad bayramı
  • Pasxa
  • Alban-Udi kilsəsinin bərpası günü — 19 May
  • Udi mədəniyyət günü — 20 İyul
  • Məhsul bayramı — 25 Oktyabr
Bayram/hüzn günü Növü Tarixi
Udi təqvimi
Yeni il Azərbaycan bayramı 1 yanvar
Milad xristian bayramı
Qara Yanvar Azərbaycan xüsusi günü 20 yanvar
Beynəlxalq Qadınlar Günü Azərbaycan bayramı 8 mart
Novruz bayramı Azərbaycan milli bayramı 20–21 mart
Pasxa xristian bayramı müxtəlif tarixlər
Kala Axsibay udi milli bayramı 25–27 aprel
May bayramı udi milli bayramı 1–2 may
Kürmükoba bayramı Qax bölgəsinin bayramı 6 may
Qələbə günü Azərbaycan bayramı 9 may
Alban-Udi kilsəsinin bərpası günü udi milli bayramı 19 may
Müstəqillik Günü Azərbaycan milli bayramı 28 may
Azərbaycan Xalqının Milli Qurtuluş Günü Azərbaycan milli bayramı 15 iyun
Azərbaycan Silahlı Qüvvələri Günü Azərbaycan mmı 26 iyun
Udilərin Həmrəylik günü udi milli bayramı 20 iyul
Anım Günü Azərbaycan xüsusi günü 27 sentyabr
Müstəqilliyin Bərpası Günü Azərbaycan xüsusi günü 18 oktyabr
Məhsul bayramı udi milli bayramı 27 oktyabr
Zəfər Günü Azərbaycan milli bayramı 8 noyabr
Dövlət Bayrağı Günü Azərbaycan milli bayramı 9 noyabr
Konstitusiya Günü Azərbaycan xüsusi günü
Kürmükoba bayramı Qax bölgəsinin bayramı noyabr
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan milli bayramı 31 dekabr
Üst