Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Uryanxay diyarı (tıva Таңды Урянхай , çin. 唐努烏梁海, sadələşdirilmiş çincə : 唐努乌梁海, pinyin:Tángnǔ Wūliánghǎi) — bölgənin 1914-1921-ci illərdə ruslar tərəfindən qoy

Uryanxay diyarı

Vikipediya, azad ensiklopediya
Tarixi dövlət
Uryanxay diyarı
tıva Таңды Урянхай
1914  1921
Paytaxt Belotsarsk
Dil Tıva dili, rus dili
Rəsmi dilləri tıva dili, rus dili
Din Tibet buddizmi, Şamanizm, şərqi ortodoks xristianlıq
Pul vahidi qızıl rubl[d]
Əhalisi 60.000

Uryanxay diyarı (tıva Таңды Урянхай , çin. 唐努烏梁海, sadələşdirilmiş çincə : 唐努乌梁海, pinyin:Tángnǔ Wūliánghǎi) — bölgənin 1914-1921-ci illərdə ruslar tərəfindən qoyulmuş adı. 1912-ci ilə qədər diyar Çini idarə edən, mancur Tzin sülaləsinin hakimiyyəti altında olub və "Tannu-Uryanxay" adını daşıyıb.

Haqqında

"Uryanxay" termini monqolcadır. XVII və XX əsrin əvvəllərində rus sənədlərində tuvalılar uryanxay, uryanxaylı kimi adlandırılıblar. Uryanxay diyarı haqqında ilk məlumat 1616-cı ildə Altan xanlar dövlətinə göndərilmiş rus səfirləri, V.Tyuments və İ.Petrov tərəfindən verilib. 1838-1839-cu illərdə bu diyara rus qızıl axtaranları gəlməyə başlayırlar. Onlar Böyük və Kiçik Alqiyak çaylarında qızıl axtarmağa başlayırlar. 1903-1904-cü illərdə bölgənin folklorunu F.Kon öyrənirdi. 1870-ci ildən etibarən bölgəyə rus kəndlilərin köçürülməsinə başlanılır və artıq 1909-cu ildə burada 9 min rus yaşayırdı. 1906-1910-cu illərdə rus hökuməti Uryanxay diyarına təbii sərvətləri kəşf etmək məqsədilə bir neçə ekspedisiya təşkil edir.

Çində baş tutmuş Sinxay inqilabından sonra 1912-1913-cü illərdə Tuva noyonları (ambın-noyon Kombu-Dorju, Çamzı Xambı-lama, noyon Daa-xoşuna Buyan Badırqı və digərləri) bir neçə dəfə çar hökumətinə Tuvanın Rusiya protektoratına keçməsi ilə bağlı müraciətlər etmişdilər.

4 aprel 1914-cü ildə Uryanxay diyarının 5 xoşunu (bölgə) üzərində Rusiya protektoratı quruldu. Diyar Yenisey quberniyasının tərkibinə daxil edildi. Tuvadakı siyası və diplomatik işləri aparmaq isə İrkutsk general-qubernatoruna tapşırıldı. Diyarın idarəetməsi formal oalraq ambın-noyanın əlində idi. Faktiki olaraq isə diyarı Uryanxaydakı rus komissarı və köçürülmə idarəsinin məmuru idarə edirdi. Onların mərkəz şəhəri 1914-cü ildə Belotsarsk qəsəbəsi oldu. Diyarın əhalisi o dövrdə 73 min nəfər idi.

Uryanxay diyarı inzibati olaraq 7 xoşuna bölünürdü. Bunlar Beyse, Daa, Maadı, Oyunnarsk, Salçaksk, Todjinsk və Çoodu xoşunlarıdır. 1921-ci ildə burada Tannu-Tıva Xalq Respublikası elan edildi. 1926-cı ildən isə bu dövlət Tuva Xalq Respublikası adlandırılmağa başladı. 1944-cü ildə respublika RSFSR ərazisinə Tuva muxtar vilayəti kimi daxil edildi. 1961-ci ildə Tuva MSSR, 1992-ci ildən Tuva Respublikası, 1993-cü ildən Tıva Respublikası adlandırılıb.

Həmçinin bax

  • Tıva
  • Tuva Xalq Respublikası
Üst