Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uçan Balıqlar Yerdəki bütün okeanlarda yaşayırlar. Xüsusilə də tropik bölgələrdə görülürlər. Əcdadlarından ayrıldıqdan sonra, pektoral üzgəcləri fərqliləşərək q

Uçan balıqlar

  • Ana Səhifə
  • Uçan balıqlar

Uçan balıqlar — Exocoetidae ailəsini əmələ gətirən balıq növlərinin ortaq adıdır.

Uçan Balıqlar Yerdəki bütün okeanlarda yaşayırlar. Xüsusilə də tropik bölgələrdə görülürlər. Əcdadlarından ayrıldıqdan sonra, pektoral üzgəcləri fərqliləşərək qanadvari bir xüsusiyyət qazanmışdır. Bu qanad bənzəri strukturlar sayəsində sudan sıçrayaraq uçan balıqlar, növdən növə dəyişən müddətlərdə havada qala bilirlər. Qanad bənzəri üzgəclərinin digər balıqlarda olan eyni anatomik quruluşa sahib olması, Təkamülün ən gözəl nümunələrindəndir.

Uçan balıqlar suyun səthindən havaya sıçraya bilmək üçün quyruqlarını havada dəqiqədə 70 dəfə çırpırlar və müəyyən bir yüksəkliyə sıçradıqdan sonra yan üzgəclərini (2 ya da 4 ədəd ola bilər) açaraq uçurlar. "Uçan balıq" ifadəsi əslində səhvdir, çünki bu balıqlar hələ ki tam uça bilmirlər, süzürlər.

Məlum olan ən uzun süzülüş, Yaponiyadakı Yakushima adalarındakı bir uçan balığın etdiyi 45 saniyəlik süzülüşdür. Bu süzülərək havada qalma müddətində balıq, sıçradığı nöqtədən 200 metr uzağa, saatda 70 km sürətlə irəliləyə bilir və arxasındakı ovçularından qaça bilir. Qeydə alınmış ən yüksək uçuş hündürlüyü isə 6 metrdir. Bu səbəbdən bəzi uçan balıqlar gəmilərin gövdəsinə düşürlər və ya gəmilərə çırpınaraq ölürlər.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 02, 2026

    Vicdan azadlığı

  • Mart 26, 2026

    Fikrət Əmirov

  • Aprel 03, 2026

    Pirallahı rayonu

  • Aprel 07, 2026

    Binəqədi rayonu

  • Aprel 02, 2026

    Slavyan dilləri

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst