Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vüqar Camalzadə 1974-ci il oktyabr 9-da Bakıda dünyaya gəlmişdir. Ailəlidir və 2 övladı var. 3 saylı orta ixtisas məktəbinə daxil olmuşdur. 1983-cü ildə, 23 say

Vüqar Camalzadə

  • Ana Səhifə
  • Vüqar Camalzadə

Vüqar Vaqif oğlu Camalzadə (9 oktyabr 1974, Bakı) — Bəstəkar, Azərbaycanın əməkdar artisti (2015).

Vüqar Camalzadə
Camalzadə Vüqar Vaqif oğlu
Ümumi məlumatlar
Doğum tarixi 9 oktyabr 1974(1974-10-09) (51 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, aktyor
Musiqi aləti piano
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
  • Bakı Musiqi Akademiyası
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20152015

Mündəricat

Həyatı

Vüqar Camalzadə 1974-ci il oktyabr 9-da Bakıda dünyaya gəlmişdir. Ailəlidir və 2 övladı var. 3 saylı orta ixtisas məktəbinə daxil olmuşdur. 1983-cü ildə, 23 saylı 7 illik musiqi məktəbinin piano sinifinə daxil olub. 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsinə daxil olub və 1996-cı ildə bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasının bəstəkarlıq fakultəsinə (müəllim proefessor İsmayıl Hacıbəyov). 2004-cü ildə Musiqi Akademiyasının magistr dərəcəsini qazanıb. Azərbaycan Musiqi Akademisyasında bakalavr dərəcəsi üçün -diplom işi böyük sinfonik orkestr üçün 3 hissəli simfoniya. Magistr dərəcəsinin - diplom işi kamança və sinfonik orkestr üçün 2 hissəli konsert.Əsərləri: F-no üçün 8 Prelüd (1995); Simfonik mənzərə (1995); Simfonik variasiyalar (1996); Klarnet və f-no üçün 3 hissədən ibarət Sonatina (1997); Violonçel və f-no üçün 3 hissəli Sonata (1997); BSO üçün proqram simfonik musiqi (1999); Kamança və orkestr üçün konsert (2001); Onun ürəyi - nağıl müzikl (2011); Sehirli quş Naranın nağılı -müzikl (2013); Dədə Qorqud baleti (2019); eləcə də bir çox tamaşa, film və seriallar üçün musiqilər.

Azərbaycan Milli Konservatoriyasının dosentidir.

30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Mükafatları

  • Azərbaycan Respublikasının əməkdar artisti

Əsərləri

Filmoqrafiya

  1. Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film)-musiqi tərtibatçısı, rol: Vüqar
  2. Atama deyərəm (film, 2006)
  3. Çətin yol (film, 2006)
  4. Dəvətnamə (film, 2003)
  5. Əlamət (film, 2006)
  6. Əziz dost (film, 2006)
  7. Hesab (film, 2006)
  8. İstanbul tətili (film, 2007)
  9. Koma 0,1 saniyədə (film, 2007)
  10. Qonşular (film, 2006)
  11. Mən evə qayıdıram (film, 2014)
  12. Məşədi İbad-94 (film, 2005)
  13. Məzə (film, 2006)
  14. Milçək (film, 2006)
  15. Nümunəvi şagird (film, 2006)
  16. Peşə (film, 2006)
  17. Rüşvət (film, 2006)
  18. Vərdiş (film, 2006)
  19. Aramızda qalsın (film, 2011-2013)(bədii serial)
  20. Qayınana (film, 2011)
  21. Bakı, mən səni sevirəm (film, 2015)
  22. Mən evə qayıdıram (film, 2013)
  23. Bəxt üzüyü 2 (film, 2017)
  24. Köhnə çamadanlar (film, 2022)

Teatr tamaşalarına musiqi

Kukla teatrı üçün

“7 nar çubuğu”-2019 “Don ki Xot Abşeronskiy”- 2019 “Məlikməmmədin nağılı”-2018 “Tıqtıq və Taqtakın nağılı”-2014 “Qırmızı Papağın nağılı”-2016 “Turpun nağılı”- 2017

Milli dram teatrı üçün

“Qatarın altına atılmış qadın” tamaşasının musiqisi-2012

Heydər Əliyev Fondu üçün

  • Uşaqların himni-2008
  • “Qış nağılı” tamaşası-2012

Fəlsəfə elmləri doktoru mövzusu

“Azərbaycan bəstəkarlarının əsərlərində mərasim mövzusu”

Kitabları

  • “Estrada-caz ansambl və orkestrləri üçün aranjiman”

Diskoqrafiya

  • “One day”-Narkomaniyaya qarşı proje-2014
  • Roya Ayxanla bigə 11 mahnı-2009
  • “Vüqar Camalzadənin mahnıları”-2002
  • “Klassiklərim”-2000
  • “Lirika”-1997

Proyektlər

  • 2002-2011 illər “Yeni ulduz” musiqi yarışması
  • 2008 Azərbaycan ve Fransalı musiqiçilərlə birgə çalışma
  • 2012 “Eurovision” mahnı yarışmasının musiqi rəhbəri
  • 2013-Fransanın Kann şəhərində Azərbaycan günləri üçün Simfonik popuri
  • 2015 “The Voice” beynəlxalq proyektinin musiqi rəhbəri
  • 2019-2020 “The Voice Kids” beynəlxalq musiqi yarışmasının musiqi rəhbəri
  • 2020 Sosial müdafiə nazirliyinin “Bərabərik” əlil və populyar müğənni layihəsinin musiqi rəhbəri
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 28, 2026

    İlham Zəkiyev

  • Mart 26, 2026

    Azıx mağarası

  • Mart 28, 2026

    Jül Vern

  • Mart 26, 2026

    Polad

  • Mart 26, 2026

    Sinqapur

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst