Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Vüqar Tapdıq oğlu Gülməmmədov (3 aprel 1971, Bakı) — Azərbaycan Respublikası Hesablama Palatasının 3-cü sədri.

Vüqar Gülməmmədov

Vikipediya, azad ensiklopediya
Vüqar Gülməmmədov
Vüqar Tapdıq oğlu Gülməmmədov
Azərbaycan Respublikası Hesablama Palatasının 3-cü sədri
Vəzifədədir
22 noyabr 2013-dən
ƏvvəlkiHeydər Əsədov
Şəxsi məlumatlar
Doğum tarixi 3 aprel 1971(1971-04-03) (55 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti,
  • Bakı Dövlət Universiteti
Dini İslam

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

Vüqar Tapdıq oğlu Gülməmmədov (3 aprel 1971, Bakı) — Azərbaycan Respublikası Hesablama Palatasının 3-cü sədri.

Həyatı

Vüqar Gülməmmədov 1971-ci il aprel ayının 3-də Bakı şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun "İstehsalın iqtisadiyyatı və idarəedilməsi" fakültəsini bitirib.

1992-ci ildə Suraxanı maşınqayırma zavodunda tərcüməçi işləyib. 1993–1997-ci illərdə Suraxanı rayon Səhiyyə şöbəsində baş mühasibin müavini, baş mühasib, 1997–2007-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Suraxanı rayon Maliyyə şöbəsinin müfəttişi, rəis müavini, şöbə müdiri, Səbail rayon Maliyyə idarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə idarəsinin rəis müavini, sektor müdiri, Yasamal rayon Maliyyə idarəsinin rəis müavini — sektor müdiri olub.

2007–2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

2013-cü ilin noyabr ayından Azərbaycan Respublikasının Hesablama Palatasının sədridir.

2024-cü ilin dekabrın 10-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına üzv təyin olunub.

Təltifləri

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 20 illiyi münasibətilə Palatanın fəaliyyətində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 dekabr tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ailəsi

Ailəlidir. Üç övladı var.

Üst