| Vəzirovlar | |
|---|---|
| Titul | Bəy, Seyid |
| Əcdadı | Mirzə Əliməhəmməd ağa Sofuoğlu |
| Qohum soylar | Musəvilər |
| Mənşəyi | Qarabağ, Şuşa |
| Təbəəliyi | Qarabağ xanlığı, |
Vəzirovlar — Azərbaycan xalqının köklü və tanınmış soylarından biri.
Soyun yaranması
Bu soy öz başlanığıcını Əmirəlmöminin Həzrət Əli ibn Əbutalibdən götürür. Seyid-imam övladlarıdırlar. Qarabağda Musəvi seyidləri kimi tanınırdılar. Bu uruğun ulu babası Mirzə Əliməhəmməd ağa İbrahimxəlil xan Cavanşirin divanında çalışmışdı. Xanın müşavir-məsləhətçisi idi. Sofuoğlu ayaması ilə tanınırdı. Onun törəmələri sonra Vəzirov soyadını qəbul etdilər.
Soyun tanınmış nümayəndələri

- Nəcəf bəy Vəzirov — azərbaycanlı yazıçı və dramaturq.
- Yusif Vəzir Çəmənzəminli — azərbaycanlı dövlət xadimi və yazıçı. Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri.
- Miri bəy Vəzirov — Cümhuriyyət tələbəsi.
- Haşım bəy Vəzirov — pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir.
- Mirzə Həsən bəy Mirzə — şair.
- Mir Həsən bəy Vəzirov — dövlət xadimi, 26 Bakı komissarından biri. O, Qarabağ xanı İbrahimxəlil xanın vəziri Mirzə Əli Məhəmməd Ağanın nəvəsidir. Yazıçı Yusif Vəzir Çəmənzəminlinin əmisi oğludur.
- Cümşüd bəy Vəzirov — müəllim, məmur.
- Camal bəy Vəzirov — Sovet partiya və dövlət xadimi.
- Cəmil bəy Vəzirov — Xalq Poçt-Teleqraf və Rabitə Yolları komissarı (naziri), mühəndis, jurnalist, dövlət xadimi.
- Bəhram bəy Vəzirov — Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü.
- Mirzə Əli Məhəmməd Ağa — Qarabağ xanı İbrahim xanın vəziri.
- Aslan Vəzirov — Sovet İttifaqı Qəhrəmanı.
- Mehriban Vəzir — yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Soykök

- Yusif Vəzir Çəmənzəminli (ata xətti Seyyid Vəzir)
- Haşım bəy Vəzirov (ata xətti Seyyid Vəzir)
- Nəcəf bəy Vəzirov (ata xətti Seyyid Vəzir)
- Mir Həsən Vəzirov (ata xətti Seyyid Vəzir)
- Süleyman Vəzirov (ata xətti Mirzə Camal Cavanşir)
- Aslan Vəzirov (ata xətti Seyyid Vəzir)
- Mehriban Vəzir (ata xətti Seyyid Vəzir)
- Yusif Orxan oğlu Vəzirov (ata xətti Seyyid Vəzir)
Qalereya
- Ailə arxivindən
Haşım bəy Vəzirov, (1867-1916)-pedaqoq, publisist, tərcüməçi.
Yusif Vəzir Çəmənzəminli, (1887-1943)— yazıçı, ictimai xadim
Cümşüd bəy Vəzirov, (1877-1931) - pedaqoq, məmur
Şamil bəy Vəzirov, (1882-1935)- aqronom
Mir Həsən bəy Vəzirov, (1889-1918)- dövlət xadimi, 26 Bakı komissarından biri
Sara xanım Vəzirova, (1889-1961)- pedaqoq
Aslan Vəzirov, (1910-1988)- Sovet İttifaqı Qəhrəmanı
Həmçinin bax
- Qarabağ
- Qarabağ xanlığı
Kateqoriyalar:
- Əlifba sırasına görə soylar
- Vəzirovlar (II)