Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Bu soy öz başlanığıcını Əmirəlmöminin Həzrət Əli ibn Əbutalibdən götürür. Seyid-imam övladlarıdırlar. Qarabağda Musəvi seyidləri kimi tanınırdılar. Bu uruğun ul

Vəzirovlar (II)

Vikipediya, azad ensiklopediya
Vəzirovlar
Titul Bəy, Seyid
Əcdadı Mirzə Əliməhəmməd ağa Sofuoğlu
Qohum soylar Musəvilər
Mənşəyi Qarabağ, Şuşa
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası

Vəzirovlar — Azərbaycan xalqının köklü və tanınmış soylarından biri.

Soyun yaranması

Bu soy öz başlanığıcını Əmirəlmöminin Həzrət Əli ibn Əbutalibdən götürür. Seyid-imam övladlarıdırlar. Qarabağda Musəvi seyidləri kimi tanınırdılar. Bu uruğun ulu babası Mirzə Əliməhəmməd ağa İbrahimxəlil xan Cavanşirin divanında çalışmışdı. Xanın müşavir-məsləhətçisi idi. Sofuoğlu ayaması ilə tanınırdı. Onun törəmələri sonra Vəzirov soyadını qəbul etdilər.

Soyun tanınmış nümayəndələri

Vəzirovların seyidlik şəcərəsi
  • Nəcəf bəy Vəzirov — azərbaycanlı yazıçı və dramaturq.
  • Yusif Vəzir Çəmənzəminli — azərbaycanlı dövlət xadimi və yazıçı. Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri.
  • Miri bəy Vəzirov — Cümhuriyyət tələbəsi.
  • Haşım bəy Vəzirov — pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir.
  • Mirzə Həsən bəy Mirzə — şair.
  • Mir Həsən bəy Vəzirov — dövlət xadimi, 26 Bakı komissarından biri. O, Qarabağ xanı İbrahimxəlil xanın vəziri Mirzə Əli Məhəmməd Ağanın nəvəsidir. Yazıçı Yusif Vəzir Çəmənzəminlinin əmisi oğludur.
  • Cümşüd bəy Vəzirov — müəllim, məmur.
  • Camal bəy Vəzirov — Sovet partiya və dövlət xadimi.
  • Cəmil bəy Vəzirov — Xalq Poçt-Teleqraf və Rabitə Yolları komissarı (naziri), mühəndis, jurnalist, dövlət xadimi.
  • Bəhram bəy Vəzirov — Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü.
  • Mirzə Əli Məhəmməd Ağa — Qarabağ xanı İbrahim xanın vəziri.
  • Aslan Vəzirov — Sovet İttifaqı Qəhrəmanı.
  • Mehriban Vəzir — yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Soykök

Vəzirovların seyidlik şəcərəsi
  • Yusif Vəzir Çəmənzəminli (ata xətti Seyyid Vəzir)
  • Haşım bəy Vəzirov (ata xətti Seyyid Vəzir)
  • Nəcəf bəy Vəzirov (ata xətti Seyyid Vəzir)
  • Mir Həsən Vəzirov (ata xətti Seyyid Vəzir)
  • Süleyman Vəzirov (ata xətti Mirzə Camal Cavanşir)
  • Aslan Vəzirov (ata xətti Seyyid Vəzir)
  • Mehriban Vəzir (ata xətti Seyyid Vəzir)
  • Yusif Orxan oğlu Vəzirov (ata xətti Seyyid Vəzir)

Qalereya

Həmçinin bax

Üst