Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Vadim Sergeyeviç Şulqin 1926-cı il dekabrın 8-də Bakıda anadan olub. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsini bitirmişdir. Əmək f

Vadim Şulqin

Vikipediya, azad ensiklopediya
Vadim Şulqin
Doğum tarixi 8 dekabr 1926(1926-12-08)
Doğum yeri
Vəfat tarixi 2 oktyabr 1974(1974-10-02) (47 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Vəfat səbəbi ürək tutması
Təhsili
  • Azərbaycan Sənaye İnstitutu (–1950)
Fəaliyyəti memar

Vadim Şulqin — Azərbaycan memarı.

Həyatı

Vadim Sergeyeviç Şulqin 1926-cı il dekabrın 8-də Bakıda anadan olub. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1950-ci il sentyabrın 26-da "Bakmetroproekt" layihə institutunda başlayıb. Sonra hərbi xidmətdə olmuş və 1953-cü il oktyabrın 1-dən Bakqiproqor layihə institutunda (Bakı Dövlət Layihə İnstitutu) böyük mühəndis kimi karyerasını davam etdirmişdir. Daha sonra layihə institutunda qrup rəhbəri, baş layihə mühəndisi, baş layihə memarı vəzifələrində çalışıb.

Layihələri

Vadim Şulqin Bakıdakı "Mirvari" kafesini layihələndirib. Vadim Şulqin Kandeladan fərqli olaraq "Mirvari"nin qanadlarını səkkiz deyil, altıguşəli edib.

Şulqin sonradan Bakının gözəl və öz möhtəşəmliyini qoruyan Heydər Əliyev Sarayını da layihələndirib.

Xatirəsi

2018-ci ildə buraxılmış Azərbaycan poçt markası

2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Vadim Şulqinə həsr edilmişdir.

Üst