| Vadim Şulqin | |
|---|---|
| |
| Doğum tarixi | 8 dekabr 1926 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 2 oktyabr 1974 (47 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | ürək tutması |
| Təhsili |
|
| Fəaliyyəti | memar |
Vadim Şulqin — Azərbaycan memarı.
Həyatı
Vadim Sergeyeviç Şulqin 1926-cı il dekabrın 8-də Bakıda anadan olub. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1950-ci il sentyabrın 26-da "Bakmetroproekt" layihə institutunda başlayıb. Sonra hərbi xidmətdə olmuş və 1953-cü il oktyabrın 1-dən Bakqiproqor layihə institutunda (Bakı Dövlət Layihə İnstitutu) böyük mühəndis kimi karyerasını davam etdirmişdir. Daha sonra layihə institutunda qrup rəhbəri, baş layihə mühəndisi, baş layihə memarı vəzifələrində çalışıb.
Layihələri
Vadim Şulqin Bakıdakı "Mirvari" kafesini layihələndirib. Vadim Şulqin Kandeladan fərqli olaraq "Mirvari"nin qanadlarını səkkiz deyil, altıguşəli edib.
Şulqin sonradan Bakının gözəl və öz möhtəşəmliyini qoruyan Heydər Əliyev Sarayını da layihələndirib.
Xatirəsi

2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Vadim Şulqinə həsr edilmişdir.
- 8 dekabrda doğulanlar
- 1926-cı ildə doğulanlar
- Bakıda doğulanlar
- 2 oktyabrda vəfat edənlər
- 1974-cü ildə vəfat edənlər
- 47 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları
- Azərbaycan memarları