Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Vahid Aslan oğlu İsmayılov (24 oktyabr 1931, Çərəkən, Cəbrayıl rayonu – 5 may 1983) — Ağcabədi rayonu Partiya Komitəsinin birinci katibi

Vahid İsmayılov

Vikipediya, azad ensiklopediya
Vahid İsmayılov
Azərbaycan Kommunist Partiyası Jdanov Rayon Komitəsinin birinci katibi
1978 – 1983
ƏvvəlkiCavanşir Məmmədov
SonrakıMəhəmməd Əsədov
Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon Komitəsinin birinci katibi
1968 – 1978
ƏvvəlkiMəmməd Əsgərov
SonrakıNadir Abbasov
Azərbaycan Kommunist Partiyası Zəngilan Rayon Komitəsinin birinci katibi
1965 – 1968
ƏvvəlkiƏli Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 24 oktyabr 1931(1931-10-24)
Doğum yeri
Vəfat tarixi 5 may 1983(1983-05-05) (51 yaşında)
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1956–1983)
Təhsili
  • Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (1949–1953)
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni — 1971 "Oktyabr inqilabı" ordeni — 1973 "Qırmızı əmək bayrağı" ordeni — 1966 "Qırmızı əmək bayrağı" ordeni — 1981

Vahid Aslan oğlu İsmayılov (24 oktyabr 1931, Çərəkən, Cəbrayıl rayonu – 5 may 1983) — Ağcabədi rayonu Partiya Komitəsinin birinci katibi

Həyatı

Vahid Aslan oğlu İsmayılov 24 oktyabr 1931-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. 1953-cü ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Müxtəlif vaxtlarda aqronom, kolxoz sədri işləmişdir. İşgüzarlığını və yüksək mənəvi keyfiyyətlərini nəzərə alıb onu partiya işinə çəkmişlər. 1965–1983-cü illərdə Zəngilan, Ağcabədi, Jdanov (indiki Beyləqan) rayonlarında birinci katib işləmişdir.

Bir neçə çağırış Ali Sovetin deputatı, Ali Sovetin Rəyasət Heyətinin üzvü olmuşdur. Sov. İKP MK-nın plenumlarına, qurultaylarına nümayəndə, Ali Sovetin Rəyasət Heyətinin, Mərkəzi Komitənin üzvü olmuşdur.

Mükafatları

Lenin (1971), Oktyabr İnqilabı (1973), iki dəfə Qırmızı Əmək Bayrağı (1966, 1981) ordenləri ilə təltif edilmişdir.

Üst