Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Valeh Vahid oğlu Bədəlov (10 oktyabr 1990, Aşağı Tala, Zaqatala rayonu – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüv

Valeh Bədəlov

Vikipediya, azad ensiklopediya
Valeh Bədəlov
Şəxsi məlumatlar
Ləqəbi Zaqatala qartalı
Doğum tarixi
Doğum yeri Aşağı Tala, Zaqatala, Azərbaycan SSR
Vəfat tarixi (29 yaşında)
Vəfat yeri Cəbrayıl rayonu, Azərbaycan
Dəfn yeri Aşağı Tala, Zaqatala, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2012–2014 / 2015–2020
Rütbəsi
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri Vətən Müharibəsi Qəhrəmanı — 2020
"Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Valeh Vahid oğlu Bədəlov (10 oktyabr 1990, Aşağı Tala, Zaqatala rayonu – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Həyatı

Valeh Bədəlov 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.

1996–2007-ci illərdə R. Şabanov adına Aşağı Tala kənd tam orta məktəbində, 2007–2012-ci illərdə Qafqaz Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə başa vurub. Ailəli idi. İki qızı yadigar qaldı.

Hərbi xidməti

Valeh Bədəlov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmət edib.

2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edirdi.

Valeh Bədəlov 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub.

2017-ci ildə Türkiyədə komando kurslarında iştirak edib. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən paradda iştirak edib, fərqlənməyə görə medalla təltif olunub. 2019-cu ildə Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən paradda iştirak edib.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Valeh Bədəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Valeh Bədəlov oktyabrın 7-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Aşağı Tala kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Bədəlov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Bədəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Valeh Bədəlov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", Xocavəndin azad olunmasına görə",, "Füzulinin azad olunmasına görə",

"Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Valeh Bədəlov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri

  • (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
  • (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)
  • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
  • 50x50px[ölü keçid] (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
  • (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
  • (24.06.2021) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)
  • (05.11.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

İrsi və xatirəsi

2021-ci ildə Zaqatala rayonu Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun adı verilmişdir.

Üst