| Valeh Müslümov | |
|---|---|
| Müslümov Valeh Əlizaid oğlu | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri |
|
| Vəfat tarixi | 10 aprel 1992 (23 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | Şəhid |
| Dəfn yeri |
|
| Atası | Əlizaid |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Azərbaycan Respublikası |
| Qoşun növü | Xüsusi Təyinatlı Polis Dəstəsi |
| Xidmət illəri | 1991–1992 |
| Döyüşlər | Birinci Qarabağ müharibəsi |
| Təltifləri | |
Müslümov Valeh Əlizaid oğlu (2 sentyabr 1968, Lerik rayonu – 10 aprel 1992, Şıxarx, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
Müslümov Valeh Əlizaid oğlu 1968-ci il 2 sentyabrda, Lerik rayonunda doğulmuşdur. 1983-cü ildə 2 saylı Lerik rayon orta məktəbini səkkizinci sinfini bitirmiş və Sumqayıt şəhər 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. Bir müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır. 1986-cı ildə hərbi xidmətə çağırılır, 1988-ci ildə ordudan tərxis olunaraq Sumqayıta qayıdır.
Ailəsi
Subay idi.
Döyüşlərdə iştirakı
1991-ci ilin avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir. 1992-ci il aprel ayının 10-da Marquşevan kəndində gedən döyüşdə qəhrəmanlıq göstərir, qeyri-bərabər döyüşdə yaralanır, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmadı.
Mükafatları
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Lerik rayonunda dəfn edilmişdir. Milli Qəhrəmanın adını daşıyan Lerik şəhər 2 nömrəli orta məktəbdə xatirə muzeyi açılıb.
Ədəbiyyat
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 221.
- Yaşayan insanlar
- 2 sentyabrda doğulanlar
- 1968-ci ildə doğulanlar
- Lerik rayonunda doğulanlar
- 10 apreldə vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- 23 yaşında vəfat edənlər
- Ağdərə rayonunda vəfat edənlər
- Lerik rayonunda dəfn olunanlar
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Birinci Qarabağ müharibəsi iştirakçıları
- Azərbaycan talışları
