Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Valentina Vladimirovna Tereşkova (6 mart 1937[…], Bolşoye Maslennikovo[d], Yaroslavl vilayəti) — sovet kosmonavtı, dünyada ilk qadın kosmonavt, Sovet İttifaqı Q

Valentina Tereşkova

Vikipediya, azad ensiklopediya
Valentina Tereşkova
rus. Валентина Владимировна Терешкова
Doğum tarixi 6 mart 1937(1937-03-06)[…] (89 yaş)
Doğum yeri
Həyat yoldaşları
  • Yuli Şapoşnikov[d] (1999-cu ilədək),
  • Andriyan Nikolayev (1963–1982)
Təhsili
  • Jukovski adına Hərbi Hava Akademiyası (1969)
Fəaliyyəti kosmonavt, siyasətçi, hərbi qulluqçu, mühəndis, pilot, universitet müəllimi, zabit
Elmi dərəcəsi
  • texnika elmləri namizədi (1977)
Elmi adı
  • professor[d]
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası (1960–1991),
  • Evimiz – Rusiya[d] (1995–2003),
  • Vahid Rusiya (2008-ci ildən)
Üzvlüyü
  • Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi
Mükafatları Sovet İttifaqı Qəhrəmanı — 1963 ÇSSR Sosialist Əməyi Qəhrəmanı — 1963 Əmək Qəhrəmanı — 1963 Bolqarıstanın Sosialist Əməyi Qəhrəmanı — 1963
"Efiopiya ulduzu" ordeni — 1981 1-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni — 2017 2-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni — 2007 2-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni — 2022 3-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni — 1997 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Qaqarin" ordeni — 2023 "Qaqarin" ordeni "Aleksandr Nevski" ordeni — 2013 "Şərəf" ordeni — 2003 "Dostluq" ordeni — 2011 "Lenin" ordeni — 1963 "Lenin" ordeni — 1981 "Oktyabr inqilabı" ordeni — 1971 "Qırmızı əmək bayrağı" ordeni — 1987 "Xalqlar dostluğu" ordeni "Moskvanın 850 illik xatirəsinə" medalı "Əmək veteranı" medalı "SSRİ Silahlı Qüvvələri veteranı" medalı "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı "Volta" ordeni — 1964 "Suriyadakı hərbi əməliyyatların iştirakçısı" medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Hərbi əməkdaşlığın gücləndirilməsinə görə" medalı 2-ci dərəcəli "Stolıpin" medalı "Hersoq Branimir" ordeni — 2003 "Playa-Xiron" ordeni — 1974 "İndoneziya Respublikası ulduzu" ordeni — 1963 "Macarıstan Xalq Respublikasının bayrağı" ordeni — 1965 1-ci dərəcəli "Qrünvald xaçı" ordeni — 1963 "Nil" ordeni — 1971 "İordaniya ulduzu" ordeni — 1969 "Mədəniyyət" ordeni — 1969 "Suxe-Bator" ordeni — 1965 "Bernardo O'Higgins" ordeni — 1972 "Klement Qotvald" ordeni — 1963 "Peru günəşi" ordeni — 1974 "Tri Şakti Patta" ordeni — 1963 "Georgi Dimitrov" ordeni — 1963 "Ana Betankur" ordeni — 1974 "Elmi xidmətlərə görə" ordeni — 1973 "Yuqoslaviya bayrağı" ordeni — 1972 "Karl Marks" ordeni — 1963 "Vətəndaş ləyaqəti" ordeni
Rusiya Federasiyası Prezidentinin fəxri fərmanı Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi XTNS qızıl medalı Rusiya Federasiyası Hökumətinin fəxri fərmanı Q134437424 — 2003 SSRİ pilot-kosmonavtı — 1963 SSRİ əməkdar idman ustası — 1963 Rusiya Federasiyası Hökumətinin təşəkkürnaməsi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Valentina Vladimirovna Tereşkova (6 mart 1937[…], Bolşoye Maslennikovo[d], Yaroslavl vilayəti) — sovet kosmonavtı, dünyada ilk qadın kosmonavt, Sovet İttifaqı Qəhrəmanı, general-mayor.

19 iyun 1963-cü ildə "Vostok 6" gəmisi ilə 71 saat ərzində dünyanın ətrafında 48 dəfə dövr etmişdir.

4 dekabr 2011-ci ildə "Vahid Rusiya" partiyasından deputat seçilmişdir. Belə ki, Rusiyanın Yaroslav vilayətinin qubernatoru "Vahid Rusiya" partiyasının bölgə siyahısına rəhbərlik edən Sergey Vaxrukov dövlət dumasına altıncı çağırışda öz istəyi ilə mandatından imtina etmişdir. Nəticədə siyahıda ikinci yerdə duran Tereşkova onun yerinə keçib.

2011-ci ildə Yaroslavl regional siyahısı üzrə Vahid Rusiya partiyasından Rusiya Dövlət Dumasına deputat seçilib. Tereşkova Yelena Mizulina, İrina Yarovaya və Andrey Skoç ilə birlikdə xristian dəyərlərinin müdafiəsi üzrə fraksiyalararası deputat qrupunun üzvüdür; bu vəzifədə o, Rusiya Konstitusiyasına düzəlişlərin edilməsini dəstəklədi, ona görə "Pravoslavlıq Rusiyanın milli-mədəni kimliyinin əsasıdır". 21 dekabr 2011-ci ildən Dövlət Dumasının Federal Quruluş və Yerli Özünüidarəetmə Komitəsi sədrinin müavini təyin olunmuşdur.

Üst