Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Vaxuşti xan (d. 1667/69) — Səfəvi məmuru və gürcü Orbeliani qəbiləsindən olan, 1632-ci ilin sentyabrından 1667 və ya 1669-cu ilədək (vəfatına qədər) Şuştərin qu

Vaxuşti xan

Vikipediya, azad ensiklopediya
Vaxuşti xan
Şuştər bəylərbəyliyi
1632 – 1667/1669
ƏvvəlkiAğa Məhərrəm
SonrakıFətəli xan
Şəxsi məlumatlar
Vəfat tarixi 1667/1669
Atası Aslamaz
Uşağı Aslamas bəy
Dini İslam
Rütbəsi
  • general

Vaxuşti xan (d. 1667/69) — Səfəvi məmuru və gürcü Orbeliani qəbiləsindən olan, 1632-ci ilin sentyabrından 1667 və ya 1669-cu ilədək (vəfatına qədər) Şuştərin qubernatoru (bəylərbəyi).

Nəsilləri Şuştərdə Nadir şah (1736-11747) dövrünə qədər tərəqqiyə davam etdi.

Vaxuşti gürcü zadəgan Aslamazın oğlu idi və Otar (Zu əl-Faqar) və Qorcasbi (Mənsur) adlı ən azı iki başqa qardaşı da var idi ki, onlar da yüksək vəzifələr tutmuşdular. Aleksandr Orbelianinin (1802-1869) dediyinə görə Keyxosrov adlı daha bir qardaşı vardı. Şah Navaz xanın (V Vaxtanq ) xanımı Rodamın yaxın qohumu idi .

Vaxuştinin ikinci oğlu Aslamas (Aslan adı ilə də tanınır) 1693-1695-ci illərdə şah qulam korpusunun (qullar ağası) komandiri və 1694-95, ya da 1696–1697-ci illərdə Qəndəhar bəylərbəyi vəzifələrində çalışmışdır.

Üst