| Viktor Naneyşvili | |
|---|---|
| |
| 23 iyul 1920 – 9 sentyabr 1920 | |
| Əvvəlki | Mirzə Davud Hüseynov |
| Sonrakı | Yelena Stasova |
| 1924 – 19 fevral 1925 | |
| Əvvəlki | Georgi Korostelyov |
| Sonrakı | vəzifə ləğv olunub |
| 19 fevral 1925 – iyun 1925 | |
| Əvvəlki | vəzifə təsis olunub |
| Sonrakı | Filip Qoloşyokin |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1878 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 22 mart 1940 (61–62 yaşında) |
| Vəfat yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| Həyat yoldaşı | Vera Pavlovna Naneyşvili |
| Uşaqları | Mariya Viktorovna Naneyşvili, Pavel Viktoroviç Naneyşvili |
| Təltifləri | |
Viktor İvanoviç Naneyşvili (1878, Samtredia bələdiyyəsi[d], İmereti – 22 mart 1940, Moskva) — sovet siyasi xadimi, 1903-cü ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü.
Həyatı
Viktor Naneyşvili 1878-ci ildə kəndli ailəsində dünyaya gəlmişdir. 1917-ci il inqilabı zamanı Bakıda olmuşdur. 1918-ci ilin aprelində Dağıstanın fövqəladə komissarı təyin edilmiş, 23 noyabr 1918-yanvar 1919 tarixlərində RKP(b)-nin Həştərxan quberniya komitəsinin sədri vəzifəsini icra etmişdir. 1920-ci il iyul ayının 23-dən sentyabr ayının 9-na qədər Azərbaycan SSR KP MK-nın prezidiumunun sədri, 1922-ci ilin sentyabrından 1923-cü ilin sonlarına qədər RKP(b)-nin Perm quberniyası komitəsinin katibi olmuşdur. 1924-cü ilin sentyabrından 1925-ci ilin iyununa qədər RKP(b)-nin Qazaxıstan partiya təşkilatının məsul (1-ci) katibi vəzifəsini icra etmişdir.
1931-ci ildən həbs olunduğu 1939-cu ilə qədər Moskva Ümumittifaq Ticarət Akademiyasına rəhbərlik etmişdir.
1939-cu il noyabr ayının 28-də həbs olunmuş, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası tərəfindən 21 mart 1940-cı ildə ölüm hökmünə məhkum edilmiş, 22 mart 1940-cı ildə güllələnmişdir. 1955-ci il mart ayının 19-da bəraət almışdır.
Qırmızı əmək bayrağı ordeni ilə mükafatlandırılmışdır.
- 1878-ci ildə doğulanlar
- Samtredia rayonunda doğulanlar
- 22 martda vəfat edənlər
- 1940-cı ildə vəfat edənlər
- Moskvada vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Bolşeviklər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Siyasətçi qaralamaları
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədrləri
- Qazaxıstan SSR rəhbərləri
- RK(b)P-nin XII qurultayının nümayəndələri
- Rusiya inqilabçıları
- RK(b)P-nin XIII konfransının nümayəndələri
- RSFSR-də güllələnənlər
