| Viktor Yuşşenko | |
|---|---|
| ukr. Віктор Андрійович Ющенко | |
| |
| 23 yanvar 2005 – 25 fevral 2010 | |
| Əvvəlki | Leonid Kuçma |
| Sonrakı | Viktor Yanukoviç |
| 22 dekabr 1999 – 29 may 2001 | |
| 14 may 2002 – 23 yanvar 2005 | |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Віктор Андрійович Ющенко |
| Doğum tarixi | 23 fevral 1954 (72 yaş) |
| Partiya |
|
| Fəaliyyəti | iqtisadçı, siyasətçi, bankir, bank meneceri[d] |
| Həyat yoldaşı |
|
| Dini | şərqi ortodoks xristianlıq |
| Hərbi xidmət | |
| Rütbəsi |
|
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| | |
| Təltifləri | |
| | |
Viktor Andreyeviç Yuşşenko (ukr. Віктор Андрійович Ющенко; 23 fevral 1954) — Ukrayna dövlət və siyasi xadimi. Ukraynanın 3-cü prezidenti (2005–2010).
Həyatı
Viktor Yuşşenko 23 fevral 1954-cü ildə Ukraynanın Sumı vilayətinin Xorujevka kəndində anadan olmuşdur. Valideynləri kənddə müəllim işləmişlər. İqtisadçı təhsili almış, karyerasına SSRİ Dövlət Bankının regional şöbəsində başlamışdır. 1993-cü ildə Ukrayna Milli Bankının sədri təyin edilmişdir. 1996-cı ildə dövriyyəyə buraxılan Ukrayna milli valyutasının — qrivnanın "atası" sayılır. Onun rəhbərliyi altında həyata keçirilən pul islahatı uğurlu olmuş, ölkə iqtisadiyyatına mənfi təsir göstərməmişdir. Avropa Yenidənqurma və İnkişaf Bankı onu "İlin ən yaxşı bankiri" tituluna layiq görmüşdür.
1999-cu ildən böyük siyasətdə fəaliyyətə başlayıb və Ukrayna hökumətinə rəhbərlik edib. Bu, Leonid Kuçmanın ikinci dəfə prezident seçkisində qələbə qazanmasından sonraya təsadüf edib. Leonid Kuçma liberal bazar iqtisadiyyatına keçid istiqamətində islahatların aparılması üçün Viktor Yuşşenkonu baş nazir təyin edib. Viktor Yuşşenko gözləntiləri doğruldub. Onun hökumətə başçılıq etdiyi dövrdə ilk dəfə Ümumi Daxili Məhsulda (ÜDM) artım qeydə alınıb.
Viktor Yuşşenko enerji bazarının biznesmenlərdən asılılığını aradan qaldırıb büdcəyə mərkəzləşdirilmiş pul axınını təmin edib. Hökumətə başçılıq etdiyi ilk dövrdə o, enerji məsələlərini "narıncı inqilab"da gələcəkdə silahdaşı, son illər isə əsas rəqibi olan xanım Yuliya Timoşenkoya tapşırıb.
Viktor Yuşşenko ilə Leonid Kuçmanın münasibətlərində ilk çat 2000-ci ildə yaranıb. Baş nazir ölkəyə rəhbərlik edən şəxslərin ünvanına tənqidlər səsləndirib. Baş nazirlə prezidentin mövqeyi həmin dövrdə jurnalist Georgi Qonqadzenin ölümündən sonra yaranmış siyasi böhran zamanı da üst-üstə düşməyib. "Kuçmasız Ukrayna" aksiyasının iştirakçıları prezidentin istefasını tələb edib, onu jurnalistin ölümündə günahlandırıblar. Viktor Yuşşenko uzun müddət bu tərəflərdən heç birinə açıq dəstək verməyib. 2001-ci ilin əvvəlində isə prezident və spikerin imzaladığı müraciəti o da imzalayıb. Həmin müraciətdə prezident əleyhinə aksiya keçirənlər sərt tənqid olunub. Ancaq o, bu məsələ ilə bağlı sonradan mövqeyini dəyişib.
2004-cü il prezident seçkilərində Ukrayna prezidenti seçilmişdir. 23 yanvar 2005-ci il tarixindən prezident vəzifələrinin icrasına başlamış, 2010-cu il prezident seçkilərində məğlub olaraq hakimiyyəti Viktor Yanukoviçə təhvil vermişdir.
Zəhərlənmə
Baş nazir postunu tərk edəndən sonra Viktor Yuşşenko "Bizim Ukrayna" blokuna başçılıq etməyə başlayıb. 2002-ci ildə bu blok parlament seçkilərində 25 faiz səs toplayıb və Ali Radada ən böyük fraksiya olub. 2004-cü ildə Viktor Yuşşenko prezident seçkilərində namizədliyini irəli sürüb. Onun əsas rəqibi həmin vaxt baş nazir postunu tutan, nüfuzlu Donetsk qruplaşmasının təmsilçisi sayılan və rusiyayönümlü siyasətçi kimi qəbul edilən Viktor Yanukoviç olub. Viktor Yuşşenko və tərəfdarları iddia edirlər ki, seçki kampaniyasının ən qızğın çağında rəqibləri onu dioksinlə zəhərləyiblər. Bir müddət o, mitinqlərdə iştirak edə bilməyib, xəstəxanada müalicə alıb. Kəskin ağrıları olub, bir neçə dəfə cərrahiyyə əməliyyatı keçirib, üzü və dərisi tanınmaz dərəcədə dəyişib. Zəhərlənmə məsələsində şübhələr Rusiyaya yönəlib, ancaq hələ də bu məsələnin üstü açılmayıb.
Prezident seçkilərinin ikinci turu keçirilib və əvvəlcə Viktor Yanukoviç qalib elan olunsa da, davamlı aksiyalar və Qərbin təzyiqi nəticəsində üçüncü tur keçirilib. Bu, Ukraynada "Narıncı inqilab" dövrü sayılır. 2005-ci il yanvarın 24-də Viktor Yuşşenko seçkilərin qalibi elan olunub və prezident kürsüsündə əyləşib. Ancaq prezident və "Narıncı inqilab"da onunla bir cərgədə olan Yuliya Timoşenkonun hakimiyyət məsələsində ulduzu barışmır. Yuliya Timoşenkonu baş nazir təyin edən Viktor Yuşşenko 2005-ci ilin payızında onu istefaya göndərir. Tərəflər bir-birini korrupsiyada ittiham edirlər.
Həmin ilin qışında Ukrayna və Rusiya arasında ilk böyük qaz mübahisəsi başlayıb. Moskva Kiyevi Ukrayna ərazisindən keçən kəmərlərlə Qərb ölkələrinə ötürülən qazın bir qismini oğurlamaqda günahlandırıb. Növbəti parlament seçkilərində Viktor Yuşşenkonun prezident seçkilərində əsas rəqibi olmuş Viktor Yanukoviçin sədri olduğu Regionlar Partiyası qalib gəlib. Uzun müzakirələrdən sonra Viktor Yanukoviç baş nazir olub. Viktor Yanukoviçin müstəqil addımlar atmağa, prezidentin səlahiyyətlərini məhdudlaşdırmağa çalışması yeni böhranın əsasını qoyub. Prezident parlamenti buraxıb, yeni seçkilər keçirilib. "Narıncı koalisiya" yaradılıb və Viktor Yuşşenko ilə Yuliya Timoşenkonun tərəfdarları bir araya gəliblər. Baş nazir postu yenidən Yuliya Timoşenkoya tapşırılıb.
Prezident seçkilərinin yaxınlaşması və iqtisadi böhranın dərinləşməsi ilə Viktor Yuşşenko ilə Yuliya Timoşenkonun münasibətləri daha da pisləşib, prezidentin də reytinqi Ukrayna cəmiyyətində aşağı düşüb. Bu səbəbdən onun bu il keçiriləcək prezident seçkilərində şansı o qədər də yüksək sayılmır.
Mükafatları
- 21. may 2008 —
"Heydər Əliyev" ordeni
Maraqlı faktlar
- Viktor Yuşşenkonun bir sərəncamında (№ 161/2009) belə yazılmışdı: ""Ukrayna Prezidentinin 3 dekabr 2007-ci il № 292 sərəncamının ləğvi barədə" 6 mart 2009-cu il tarixli sərəncamı ləğv edilsin".
- 23 fevralda doğulanlar
- 1954-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- İqtisad elmləri namizədləri
- Maltanın "Xidmətlərə görə" ordeni ilə təltif edilənlər
- "Qızıl runo" ordeni kavalerləri
- Cənubi Xaç ordeni ilə təltif olunanlar
- "Etiraf" xaçı ilə təltif edilənlər
- "Üç Ulduz" ordeni ilə təltif edilənlər
- "Ukrayna müstəqilliyinin 25 illiyi" yubiley medalı ilə təltif olunanlar
- "Kral Tomislav" ordeni ilə təltif edilənlər
- "Heydər Əliyev" ordeni ilə təltif edilənlər
- Macarıstanın "Xidmətlərə görə" ordeni ilə təltif edilənlər
- "Ağ qızılgül" ordeni ilə təltif edilənlər
- Serafimlər ordeninin kavalerləri
- Polşa İntibah Ordeni ilə təltif olunanlar
- "İsmoili Somoni" ordeni ilə təltif edilənlər
- Ukrayna Prezidentinin fəxri fərqlənmə nişanı ilə təltif edilənlər
- "Şəfəq" ordeni kavalerləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Siyasətçi qaralamaları
- Ukrayna prezidentləri
- Ukrayna Ali Radasının IV çağırış deputatları
- Bakı Slavyan Universitetinin fəxri doktorları
- SSRİ iqtisadçıları
- XXI əsr siyasətçiləri
- XX əsr siyasətçiləri
- Ukrayna baş nazirləri
- Ukrayna iqtisadçıları
