Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Visayan dənizi (isp. Visayan Mar) — Sakit okeanında Filippin arxipelaqına daxil olan (şimalda) Masbate, (şərq və cənub-şərqdə) Leyte, (cənubda) Sebu və Nerqos,

Visayan dənizi

11°35′54″ c. e. 123°43′21″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Visayan dənizi
isp. Visayan Mar
Dənizin yerləşdiyi ərazi
Dənizin yerləşdiyi ərazi
Yerləşməsi
11°35′54″ c. e. 123°43′21″ ş. u.HGYO
Ölkə  Filippin
Üst akvatoriyası
  • Sakit okean
Yerləşməsi Cənub Şərqi Asiya
Visayan dənizi (Sakit okean)
Nöqtə
Visayan dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Visayan dənizi (isp. Visayan Mar) — Sakit okeanında Filippin arxipelaqına daxil olan (şimalda) Masbate, (şərq və cənub-şərqdə) Leyte, (cənubda) Sebu və Nerqos, (qərbdə) Panay adaları arasında yerləşir. Kamotes dənizi Kaniqao boğazı vastəsi ilə birləşir. Üstəlik dəniz Mindanao dənizi, Sibuyan dənizi, Sulu dənizi və Samar dənizi kimi dənizlərlə birləşir.

Təsərrüfat istifadəsi

Visayan dənizi həmişə Filippinin üç ən böyük balıqçılıq rayonundan biri hesab edilmişdir. Bu ərazidə balıqçılıq məhsullarının təxminən 66 %-i kommersiya məqsədilə əldə olunur. 1992-ci ildə burada təxminən 165 min ton balıq ovlanmış, 1995-ci ildə isə ov həcmi 120 min tona qədər azalmışdır. 2003 və 2007-ci illərdə aparılan tədqiqatlar xırda pelagik balıqların sayının artdığını, ümumi ovda kalmarların, sepiyaların, meduzaların və xərçəngkimilərin payının yüksəldiyini, yırtıcı balıqların ovdakı payının isə azaldığını göstərmişdir. Dənizdə neft-qaz ehtiyatlarını qiymətləndirmək məqsədilə kəşfiyyat qazıntıları aparılmışdır.

Üst