| Vladimir Şamanov | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 15 fevral 1957[…] (69 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Rusiya |
| Xidmət illəri | 1978-ci ildən |
| Rütbəsi |
|
| Komandanlıq edib |
|
| Döyüşlər |
|
| Təltifləri | |
![]() | |
Vladimir Anatolyeviç Şamanov (15 fevral 1957[…], Barnaul) — rusiyalı siyasətçi. Rusiya Silahlı Qüvvələrinin general-polkovniki. 2016-cı ildən VII və VIII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatıdır. Dövlət Dumasının Vətəndaş Cəmiyyətinin İnkişafı, İctimai və Dini Birliklər Məsələləri Komitəsi sədrinin müavini. Texnika elmləri doktoru. Birinci Qarabağ müharibəsi iştirakçısı.
Həyatı
15 fevral 1957-ci ildə Barnaulda anadan olub. O, uşaqlığını Özbəkistanda, Sırdərya vilayətinin Mirzəçul rayonunun Qaqarin şəhərində keçirib.
Hərbi karyerası
1974–1976-cı illərdə — Daşkənd Ali Tank Komandanlıq Məktəbinin 12-ci rotasının kursatnı olub.
1978-ci ildə Lenin Komsomolu adına Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini, 1989-cu ildə M. V. Frunze adına Hərbi Akademiyasını, 1998-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.
1992-ci ildə Qarabağ münaqişəsində Azərbaycan tərəfində vuruşub. Azərbaycan qoşunlarının Goranboy əməliyyatında iştirak edib.
14 mart 2006-cı ildən 9 noyabr 2007-ci ilə qədər — Rusiya Federasiyası Müdafiə Nazirinin müşaviri.
2008-ci ilin avqustunda o, Kodori dərəsində əməliyyat zamanı gürcü qoşunlarını məğlub edən Abxaziyadakı rus hərbi qrupuna rəhbərlik edib.
Sanksiyalar
2014-cü il mayın 12-dən Şamanov Rusiya hava-desant qüvvələrinin Krımda yerləşdirilməsinə görə Aİ ölkələrinin sanksiyaları altındadır. 26 may 2014-cü ildə o, Monteneqro, İslandiya, Norveç, Albaniya və Lixtenşteynin sanksiya siyahısına daxil edilib.
24 fevral 2022-ci ildə o, "Donetsk və Luqanskdakı qondarma respublikaların müstəqilliyinin tanınmasına səs verdiyinə görə" Kanadanın "rejim tərəfdaşları" sanksiya siyahısına daxil edilib.
2022-ci il sentyabrın 30-da Rusiyanın Ukraynaya müdaxiləsi fonunda o, "saxta referendumlara" və "Ukrayna ərazilərinin Rusiya işğalçı qüvvələri tərəfindən ilhaqına" cavab olaraq ABŞ-nin sanksiyalar siyahısına əlavə edilib.
Eyni səbəblərə görə Böyük Britaniya, İsveçrə, Avstraliya, Ukrayna və Yeni Zelandiyanın sanksiya siyahısındadır.
- 15 fevralda doğulanlar
- 1957-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Barnaulda doğulanlar
- Ryazan Ali Hava-Desant Komandirləri Məktəbinin məzunları
- M. V. Frunze adına Hərbi Akademiyanın məzunları
- Rusiya Federasiyasının qəhrəmanları
- Sovet İttifaqı Qəhrəmanları
- Rusiya Federasiyasının 4-cü dərəcəli Müqəddəs Georgi ordeni kavalerləri
- Rusiyanın IV dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni kavalerləri
- "Aleksandr Nevski" ordeni kavalerləri (Rusiya Federasiyası)
- "Cəsarət" ordeni ilə təltif olunanlar
- III dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni kavalerləri
- SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər
- II dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər
- "Moskvanın 850 illik xatirəsinə" medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilənlər
- SSRİ-nin 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- SSRİ-nin 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- "Krımın qaytarılmasına görə" medalı ilə təltif edilənlər
- "Hərbi xidmətə görə" ordeni (Kanada) ilə təltif olunanlar
- "Dağıstan qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edilənlər
- Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları
- "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər (SSRİ)
- I dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər
- Rusiya aktivistləri
- Rusiya Federasiyası Dövlət Dumasının VII çağırış deputatları
- Rusiya Federasiyası Dövlət Dumasının VIII çağırış deputatları
- Birinci çeçen müharibəsi iştirakçıları
- İkinci çeçen müharibəsi iştirakçıları
- Rusiya siyasətçiləri
- Texnika elmləri doktorları
- Birləşmiş Krallıq tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları
- Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları

