Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Vladimir Anatolyeviç Şamanov (15 fevral 1957[…], Barnaul) — rusiyalı siyasətçi. Rusiya Silahlı Qüvvələrinin general-polkovniki. 2016-cı ildən VII və VIII çağırı

Vladimir Şamanov

Vikipediya, azad ensiklopediya
Vladimir Şamanov
Şəxsi məlumatlar
Doğum tarixi 15 fevral 1957(1957-02-15)[…] (69 yaş)
Doğum yeri
  • Barnaul, Altay diyarı, RSFSR, SSRİ
Təhsili
  • Ryazan Ali Hava-Desant Komandirləri Məktəbi[d] (–1978),
  • M. V. Frunze adına Hərbi Akademiya (–1989),
  • Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası[d] (–1998)
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya
Xidmət illəri 1978-ci ildən
Rütbəsi
  • general-polkovnik (2012)
Komandanlıq edib
  • Hava-Desant Qüvvələri
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi,
  • Birinci Çeçenistan müharibəsi,
  • Dağıstan əməliyyatı,
  • İkinci Çeçenistan müharibəsi
Təltifləri Rusiya Federasiyasının Qəhrəmanı — 1999 Sovet İttifaqı Qəhrəmanı — 1999
IV dərəcəli "Müqəddəs Georgi" ordeni — 2008 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Aleksandr Nevski" ordeni — 2018 "Cəsarət" ordeni "Hərbi xidmətə görə" ordeni III dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni "İgidliyə görə" medalı II dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı Jubilee Medal "300 Years of the Russian Navy" "Moskvanın 850 illik xatirəsinə" medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı Medal for distinguished military service, 1st class "Müdafiə nazirliyinin 200 illiyi" medalı "Krımın qaytarılmasına görə" medalı "Hərbi xidmətə görə" ordeni Admiral Kuznetsov Medal "Dağıstan Respublikası qarşısında xidmətlərə görə" ordeni
Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi Honored Military Specialist of the Russian Federation Rusiya Federasiyası Hökumətinin təşəkkürnaməsi "Qvardiya" nişanı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vladimir Anatolyeviç Şamanov (15 fevral 1957[…], Barnaul) — rusiyalı siyasətçi. Rusiya Silahlı Qüvvələrinin general-polkovniki. 2016-cı ildən VII və VIII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatıdır. Dövlət Dumasının Vətəndaş Cəmiyyətinin İnkişafı, İctimai və Dini Birliklər Məsələləri Komitəsi sədrinin müavini. Texnika elmləri doktoru. Birinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı

15 fevral 1957-ci ildə Barnaulda anadan olub. O, uşaqlığını Özbəkistanda, Sırdərya vilayətinin Mirzəçul rayonunun Qaqarin şəhərində keçirib.

Hərbi karyerası

1974–1976-cı illərdə — Daşkənd Ali Tank Komandanlıq Məktəbinin 12-ci rotasının kursatnı olub.

1978-ci ildə Lenin Komsomolu adına Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini, 1989-cu ildə M. V. Frunze adına Hərbi Akademiyasını, 1998-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

1992-ci ildə Qarabağ münaqişəsində Azərbaycan tərəfində vuruşub. Azərbaycan qoşunlarının Goranboy əməliyyatında iştirak edib.

14 mart 2006-cı ildən 9 noyabr 2007-ci ilə qədər — Rusiya Federasiyası Müdafiə Nazirinin müşaviri.

2008-ci ilin avqustunda o, Kodori dərəsində əməliyyat zamanı gürcü qoşunlarını məğlub edən Abxaziyadakı rus hərbi qrupuna rəhbərlik edib.

Sanksiyalar

2014-cü il mayın 12-dən Şamanov Rusiya hava-desant qüvvələrinin Krımda yerləşdirilməsinə görə Aİ ölkələrinin sanksiyaları altındadır. 26 may 2014-cü ildə o, Monteneqro, İslandiya, Norveç, Albaniya və Lixtenşteynin sanksiya siyahısına daxil edilib.

24 fevral 2022-ci ildə o, "Donetsk və Luqanskdakı qondarma respublikaların müstəqilliyinin tanınmasına səs verdiyinə görə" Kanadanın "rejim tərəfdaşları" sanksiya siyahısına daxil edilib.

2022-ci il sentyabrın 30-da Rusiyanın Ukraynaya müdaxiləsi fonunda o, "saxta referendumlara" və "Ukrayna ərazilərinin Rusiya işğalçı qüvvələri tərəfindən ilhaqına" cavab olaraq ABŞ-nin sanksiyalar siyahısına əlavə edilib.

Eyni səbəblərə görə Böyük Britaniya, İsveçrə, Avstraliya, Ukrayna və Yeni Zelandiyanın sanksiya siyahısındadır.

Üst