Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Volodimir Oleksandroviç Zelenski (və ya Vladimir; ukr. Володимир Олександрович Зеленський; 25 yanvar 1978, Krivoy Roq, Dnepropetrovsk vilayəti[…]) — Ukrayna siy

Volodimir Zelenski

  • Ana Səhifə
  • Volodimir Zelenski

Volodimir Oleksandroviç Zelenski (və ya Vladimir; ukr. Володимир Олександрович Зеленський; 25 yanvar 1978, Krivoy Roq, Dnepropetrovsk vilayəti[…]) — Ukrayna siyasətçisi, şoumeni, aktyoru, rejissoru, ssenaristi, prodüseri və bədii direktoru. 20 may 2019-cu ildən Ukrayna Respublikasının Prezidentidir. Zelenski 2015-ci ildə Xalqın xidmətçisi adlı televiziya serialında Ukrayna Respublikası Prezidenti olaraq yer almışdır. Eyniadlı partiya həmin serialın istehsalçı şirkəti olan Kvartal 95 tərəfindən 2018-ci ildə quruldu.

Volodimir Zelenski
ukr. Володимир Олександрович Зеленський
Ukrayna Respublikasının 6-cı Prezidenti
Vəzifədədir
20 may 2019-cu ildən
Baş nazirDenis Şmıqal
ƏvvəlkiPetro Poroşenko
Şəxsi məlumatlar
Doğum tarixi 25 yanvar 1978(1978-01-25) (48 yaş)
Doğum yeri Krivoy Roq, Dnepropetrovsk vilayəti, Ukrayna SSR, SSRİ
Partiya
  • Xalqın Xidmətçisi
Təhsili
  • Krivoy Roq İqtisadiyyat İnstitutu[d] (1995–2000)
Fəaliyyəti siyasətçi
Atası Oleksandr Zelenski[d]
Anası Rimma Zelenskaya[d]
Həyat yoldaşı
  • Olena Zelenska (2003)
Uşaqları
  • Kirilo Zelenski[d],
  • Oleksandra Zelenska[d]
Hərbi xidmət
Mənsubiyyəti Ukrayna
Döyüşlər
  • Rusiyanın Ukraynanı işğalı (2022),
  • Donbass müharibəsi
Elmi fəaliyyəti
Elm sahəsi aktyorluq, parodiya, şou-biznes, siyasət, hüquqşünas, ssenarist, televiziya aparıcısı, film prodüseri, televiziya prodüseri[d], müğənni, impressionist[d], yumor ustası[d], şoumen[d], siyasətçi, kinorejissor

Təltifləri
"Ağ şir" ordeninin böyük xaçı — 2022 "Fəxri legion" ordeninin böyük xaçı — 2023 1-ci dərəcəli "Cüt ağ xaç" ordeni — 2024 Finlandiyanın "Ağ qızılgül" ordeninin böyük xaçı — 2025 "Ağ qartal" ordeni — 2022 qızıl boyunbağılı "Böyük Vitautas" ordeni — 2022 qızıl boyunbağılı "Böyük Vitautas" ordeni — 2022 Grand Collar of the Order of Liberty — 2023 Order of Viesturs, 1st class — 2022 Coat of Arms of Tallinn — 2022 Filadelfiya azadlıq mükafatı Ronald Reyqan adına azadlıq mükafatı — 2022
Ukrayna Nazirlər Kabinetinin fəxri fərmanı — 2003 Charlemagne Prize — 2023
İmzanın şəkli
president.gov.ua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olmuşdur. Atası Oleksandr Semenoviç Zelenski texniki elmlər doktoru, professor, kompüter elmləri şöbəsinin müdiridir.

O, anası ilə 4 il Monqolustanın, Erdenet şəhərində yaşamış və orada birinci sinfi bitirmişdir. Daha sonra ingilis dilini dərin öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil almışdır.

İncəsənət

Zelenski Praqada, 2009

Zelenski 2015-ci ildə "Xalqın xidmətçisi" adlı televiziya serialında Ukrayna prezidenti rolunu canlandırmışdır. Həmin rol təxmini 30 yaşda olan və paylaşdığı populyar video ilə tanınaraq prezident seçkilərində qələbə qazanan tarix müəllimi idi.

Siyasət

Zelenski 2013–2014-cü illərdə Avromeydan aksiyasını və Donbass müharibəsi vaxtı Ukrayna ordusunu dəstəkləmişdir. 2014-cü ilin avqust ayında Ukrayna Mədəniyyət Nazirliyinin rus incəsənət adamlarının ölkəyə girişinə qadağa qoymasına qarşı çıxdı. 2018-ci ildə başrolda yer aldığı romantik-komediya janrında olan "Böyük şəhərdə sevgi 2" filmi ölkədə qadağa olundu.

Xalqın Xidmətçisi partiyası 2018-ci ilin mart ayında eyniadlı serialın istehsalçı şirkəti Kvartal 95 işçiləri tərəfindən quruldu.

Zelenski 2019-cu ilin martında Der Spiegel jurnalına verdiyi müsahibədə "siyasətçilərə olan inamı yenidən bərpa etmək üçün siyasətə girdiyini", "profesional və düzgün insanları vəzifəyə gətirmək" və "siyasəti mümkün olan qədər dəyişmək" istədiyini dedi.

Avropaya inteqrasiyaya verilən töhfəyə və Avropa dəyərlərinin təşviqinə görə Avropa Xidmət Ordeni ilə mükafatlandırılıb.

Prezident seçkiləri

Zelenski və prezident İlham Əliyev

31 dekabr 2018-ci ildə yeni ildən bir neçə dəqiqə sonra Volodimir Zelenski "1+1" telekanalında ukraynalılara müraciət edərək Ukraynadakı 2019-cu il prezident seçkilərində iştirak edəcəyini söyləyib. Namizədliyini açıqlamamışdan altı ay əvvəl də Zelenskinin adı anketlərdə birinci yerdə idi.

Şəxsi həyatı

Zelenski keçmiş məktəb dostu olan Olena Zelenskaya ilə 2003-cü ilin sentyabrında ailə həyatı qurdu. Cütlüyün 2004-cü ilin 15 iyulunda Aleksandra adlı qızı, 2013-cü ilin 21 yanvar tarixində isə Krill adlı oğlu dünyaya gəlmişdir.

Filmoqrafiya

Film

İl Ad
2009 Böyük şəhərdə sevgi
2011 Ofis Romantikası. Vaxtımız
2012 Böyük şəhərdə sevgi 2
2012 Rjevski Napoleona qarşı
2012 8 ilk tarix
2014 Veqasda sevgi
2015 8 yeni tarix

Televiziya

İl Ad Qeydlər
2008–2012 Svaty Prodüser
2015 Xalqın xidmətçisi
2016 Tantsi z zirkamy

TV layihələri

Zelenski I, You, He, She filminin qala gecəsində
  • "Axşam rübündə"
  • "Mübarizə klubu"
  • "Cənab Cook"
  • "Ukraynada İlin mahnısı"
  • "Ofis romantikası"
  • "Fort Boyard"
  • "Ulduzlarla rəqs etmək"
  • "XƏBƏRLƏR"
  • "A-faktor"
  • "Gülüş liqası"

Şəkillər

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Volodimir Zelenski

  • Mart 26, 2026

    Üzeyir Hacıbəyov

  • Mart 26, 2026

    Pakistan

  • Mart 26, 2026

    Mezolit dövrü

  • Mart 26, 2026

    Çingiz xan

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst