Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Vüsal Qüdrət oğlu Məmmədov (3 iyun 1990, Musabəyli, Füzuli rayonu – 12 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin m

Vüsal Məmmədov

Vikipediya, azad ensiklopediya
Vüsal Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 3 iyun 1990(1990-06-03)
Doğum yeri
Vəfat tarixi 12 oktyabr 2020(2020-10-12) (30 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Müdafiə Nazirliyi
Qoşun növü Azərbaycan Hərbi Dəniz Qüvvələri
Xidmət illəri 2010—2012 / 2015—2020
Rütbəsi
Miçman
Döyüşlər
 • Qarabağ müharibəsi (2020)
    • Cəbrayılın azad edilməsi
    • Füzulinin azad edilməsi
Təltifləri "Qarabağ" ordeni "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı "Füzulinin azad olunmasına görə" medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Vüsal Qüdrət oğlu Məmmədov (3 iyun 1990, Musabəyli, Füzuli rayonu – 12 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin miçmanı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı

Vüsal Qüdrət oğlu Məmmədov 1990-cı il, iyunun 3-də Füzuli rayonunun Musabəyli kəndində anadan olub.

2010-cu ildə Füzuli Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2010–2011-ci illərdə Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissədə xidmət edib.

2015-ci ildə hərbi hissənin nəzdində "Təməl Xüsusi Təyinatlı kursu"nu bitirib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 17.08.2015-ci il tarixli əmri ilə "K/miçman", Hərbi Dəniz Qüvvələri Komandanının 05.10.2017-ci il tarixli əmri ilə "miçman" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 5 il ərzində dəniz piyadası taqımının manqa komandiri, xüsusi təyinatlı qrupun dalğıcı-kəşfiyyatçı vəzifələrində xidmət edib.

Müxtəlif illərdə müdafiə nazirinin əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 12-də Füzuli rayonu ərazisində döyüş tapşırığının icrası zamanı şəhid olub. Füzuli rayonunda dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Evli idi. Hüseyn adında bir oğlu var.

Üst