Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

Xıdır məscidi

40°21′54″ şm. e. 49°50′02″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Xıdır məscidi
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İçərişəhər, Maqomayev küçəsi, 24
Aidiyyəti İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi 1301
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.84
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
KateqoriyaMemarlıq abidələri
40°21′54″ şm. e. 49°50′02″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xıdır məscidi — İçərişəhərdə yerləşən XIX əsrə aid tarix-memarlıq abidəsi.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Tarixi

Xıdır məscidi 1301-ci ildə İçərişəhərdə indiki M. Maqomayev küçəsi 24 ünvanında tikilib. İki mərtəbəlidir lakin mərtəbələr arasında əlaqə yoxdur.

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. Xıdır məscidi də bu dövrdə fəaliyyətini dayandırıb.

1988-ci ildə daş qübbənin aşağı mərtəbəsində arxeoloji qazıntılar və portalda bərpa işləri aparılıb. Bundan sonra məlum olub ki, məscid atəşpərəst məbədi üzərində inşa olunub.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Həmçinin bax

  • Hacı Bani məscidi
  • Molla Əhməd məscidi
Üst