Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xələf Alı oğlu Xələfov (21 sentyabr 1959, Cil, Krasnoselsk rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayən

Xələf Xələfov

  • Ana Səhifə
  • Xələf Xələfov

Xələf Alı oğlu Xələfov (21 sentyabr 1959, Cil, Krasnoselsk rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi (2023-cü ildən), Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini (1997–2018, 2019–2023), Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə sabiq xüsusi nümayəndəsi.

Xələf Xələfov
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi
Vəzifədədir
24 iyul 2023-cü ildən
Prezidentİlham Əliyev
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini
3 may 2019 – 24 iyul 2023
NazirElmar Məmmədyarov
Ceyhun Bayramov
1 iyul 1997 – 13 dekabr 2018
NazirHəsən Həsənov
Tofiq Zülfüqarov
Vilayət Quliyev
Elmar Məmmədyarov
Şəxsi məlumatlar
Doğum tarixi 21 sentyabr 1959(1959-09-21) (66 yaş)
Doğum yeri
  • Cil, Krasnoselsk rayonu, Ermənistan SSR, SSRİ
Təhsili
  • Taras Şevçenko adına Kiyev Milli Universiteti,
  • Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası[d]
Fəaliyyəti diplomat, siyasətçi

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20192019
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 20192019
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və fəaliyyəti

Xələf Alı oğlu Xələfov 21 sentyabr 1959-cu ildə Ermənistan SSR Krasnoselsk rayonunun Cil kəndində anadan olmuşdur. 1977–1982 Kiyev Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə təhsil almışdır.

1983–1990 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor, bölmə rəisi.

1990–1991 SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil almışdır.

1991–1992 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin ikinci katibi.

1992–1997 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi.

1997–2018 Azərbaycan Respublikası xarici işlər nazirinin müavini.

2018–2019 Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.

2019-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini.

Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsidir.

2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinə, 2018-ci ildə Birinci dərəcə Dövlət müşaviri dərəcəsinə layiq görülmüşdür. 2019-cu ilin iyul ayında Xələf Xələfov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

24 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

Alman və rus dillərini bilir.

Evlidir, iki övladı var.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 16, 2026

    Əli Hacıyev

  • Aprel 21, 2026

    Ural-Altay dilləri

  • Aprel 28, 2026

    Düzgün üçbucaq

  • Aprel 07, 2026

    Talış xanlığı

  • Mart 26, 2026

    Böyük Səlcuq İmperiyası

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst