| Xəlfələr | |
|---|---|
| 41°10′30″ şm. e. 48°53′13″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Şabran rayonu |
| Xəlfələr | |
Xəlfələr — Azərbaycan Respublikasının Şabran rayonunun Düz Bilici kənd inzibati ərazi dairəsində kənd.
Yan silsiləsinin (Böyük Qafqaz) ətəyində, düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Quba xanı Fətəli xanın (1758–1789) Ərdəbil səfəri (1784) zamanı Azərbaycanın cənubundan gətirdiyi Şahsevənlərə mənsub xəlfələr nəslinin bir hissəsinin məskunlaşması nəticəsində yaranmışdır.
Əhalisi
1886-cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya vilayəti əhalisinin sayına dair statistik məlumatlara əsasən, Bakı quberniyasının Quba qəzasının Əmirxanlı kənd dairəsi, Xəlfələr kəndində 27 tüstü və 235 nəfər şiə təriqətli müsəlman azərbaycan türkü yaşayırdı (mənbədə — "tatarlar"). Kəndin əhalisi 400 nəfər təşkil edir.
Təhsil
Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Şabran rayonu Xəlfələr kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 315 000 manat vəsait ayrılmışdır.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Şabran rayonu qaralamaları
- Kənd qaralamaları
- Şabran rayonunun kəndləri