Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ömər ibn əl-Xəttab və ya I Ömər (ərəb. عمر بن الخطاب‎; təq. 586, Məkkə – 3 noyabr 644, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi və Rəşidi xilafətinin ikin

Xəlifə Ömər

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Ömər ibn Xəttab
ərəb. عُمَرُ بْنُ الْخَطَّابِ
ərəb. عمر بن الخطاب بن نفيل القرشي العدوي
634 3 noyabr 644
ƏvvəlkiƏbu Bəkr
SonrakıOsman ibn Əffan
Şəxsi məlumatlar
Doğum tarixi təq. 586(0586)
Doğum yeri
  • Məkkə, Hicaz
Vəfat tarixi 3 noyabr 644(0644-11-03) (57–58 yaşında)
Vəfat yeri
Vəfat səbəbi bıçaq xəsarəti[d]
Dəfn yeri
  • Məscid ən-Nəbəvi
Fəaliyyəti dövlət xadimi, xəlifə, imam, dini rəhbər[d], səhabə, əmir, siyasətçi, hərbi qulluqçu
Atası Xəttab ibn Nüfeyl
Anası Həntəmə bint Haşim
Həyat yoldaşları
  • Ümmü Gülsüm binti Əli,
  • Qureybə bint Əbu Umeyyə,
  • Zeynəb bint Məzun,
  • Ümmü Gülsüm bint Cərvəl,
  • Ətikə bint Zeyd,
  • Cəmilə bint Sabit,
  • Fatimə bint əl-Vəlid ibn əl-Muğirə
Uşaqları
  • Abdullah ibn Ömər,
  • Asim ibn Ömər,
  • Həfsə binti Ömər,
  • Ubeydullah ibn Ömər,
  • Zeyd ibn Ömər,
  • Rüqəyya bint Ömər
Dini İslam
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ömər ibn əl-Xəttab və ya I Ömər (ərəb. عمر بن الخطاب; təq. 586, Məkkə3 noyabr 644, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi və Rəşidi xilafətinin ikinci xəlifəsi, "əmir əl-mömin" titulundan istifadə etmiş ilk şəxs.

Həyatı

583-cü ildə Məkkədə doğulub. Ömər Bəni-Ədi qəbiləsindən olub, atasını adı Xəttab ibn Nüfeyl, anasının adı isə Həntəmə bint Haşimdir. Anası Bənu Məxzum qəbiləsindəndir. Əbu Cəhl kimi tanınan Əmr ibn Hişam Ömərin ögey dayısıdır. Ömər eyni zamanda Məhəmmədin uzaq qohumlarından biri idi.

Ömərin ailəsi orta sinifə mənsub, atası isə tacir olmuşdur. Məhəmmədin ən qatı düşmənlərindən biri olan Ömər, Darunnədvədəki "qubbə" (və ya məclis üzvü idi) vəzifəsini icra edirdi.

Cüssəli və güclü bədən quruluşuna malik olan Ömər, atasının dəvələrini otarar, içkini və qadını çox xoşlayar, yaxşı at minər, silahdan yaxşı istifadə edərdi.

Şeirə həvəsli olduğu, səsil danışdığı, oxuma-yazma bildiyi, ticarətlə məşğul olduğu və bu məqsədlə Suriyaya, İraqa və Misirə səfər etdiyi rəvayət edilmişdir.

Müsəlman olması

Bisətin 6-cı ilində, miladi 616-cı il də müsəlman olmuşdur. Onun müsəlman olmasından sonra müsəlmanların möyqeyi Məkkədə bir qədər güclənir. Bu haqda Abdullah ibn Məsud belə deyir:

" Ömərin müsəlman olması bir fəth, hicrəti kömək, xəlifəliyi isə rəhmət idi. Ömər müsəlman olana qədər Kəbənin yanında açıq şəkildə namaz qıla bilmirdik. O, müsəlman olduqdan sonra Qureyş müşrikləri ilə mübarizə apardı, onlar da bizi rahat buraxdılar. "

Sünni mənbələrinə görə, Məhəmməd (və ya Cəbrail) ona "Faruq" (ərəb. الفاروق) ləqəbini vermişdir. Ömər Məkkəni açıq-aşkar, məkkəlilərə meydan oxuyaraq tərk edən, Kəbədə açıqdan namaz qılan yeganə və ilk şəxs olur.

Evlilikləri və övladları

Ömər İslamdan əvvəlki dövrdə Zeynəb bint Məzun ilə ailə qurmuşdur. Bu nikahdan Abdullah, Həfsə dünyaya gəlmişdir.

Ömər yenə Məkkədə İslamdan əvvəlki dövrdə Muleykə bint Cəvrəl ilə ailə qurmuşdu. Bu qadına Ümmü Gülsüm də deyirdilər. Ömər bu qadınla Mumtəhinə surəsinin 10-cu ayəsi enənə qədər evli qalmış, ayə endikdən sonra bu xanımı boşamışdır. Bu nikahdan Ubeydullah dünyaya gəlmişdir.

İslam əvvəlki dövrdə yenə Məhzumoğullarından, Qureybə bint Əbu Ümeyyə ilə evlənmişdir. Yenə Mumtəhinə surəsinin 10-cu ayəsi endikdən sonra Ömər bu qadını boşamışdır.

Təqribən 629-cu (hicri 7-ci) ildə, Mədinədə ənsardan Cəmilə bint Sabit əl-Ənsariyyə ilə ailə qurmuşdur. Bu nikahdan Asim ibn Ömər dünyaya gəlmişdir.

Təqribən 639-cu ildə (hicri 17) Ümmü Gülsüm binti Əli ilə evlənmişdir. Bu nikahdan Zeyd ibn Ömər və Ruqiyyə binti Ömər dünyaya gəlmişdir.

Ömər öz qohumlarından olan Ətikə bint Zeyd ilə də ailə qurmuşdur. Bunlardan başqa Ömər Mədinədə olarkən Əbu Bəkrin qızı Ümmü Gülsüm ilə də ailə qurmaq istəmişdir, lakin Ümmü Gülsüm Ömərin xarakterinin sərt olduğunu söyləyərək evlənməkdən boyun qaçırmışdır.

Ölümü

Ömər, miladi 31 oktyabr 644-cü ildə, Muğirə ibn Şöbənin fars köləsi tərəfindən, Mədinədə, sübh namazını qılarkən hücuma məruz qalmışdır. Aldığı zərbələrdən üç gün sonra, 3 noyabr 644-cü ildə Mədinədə vəfat etmişdir.

Xəlifəlik illəri

Ömərin xəlifəlik illərində Əcnədeyn, Qadisiyə, Yərmuk, Cəlulə, Körpü, Nəhavənd döyüşləri baş vermiş, Misir, Dəməşq, Fələstin və Qüds müsəlmanların əlinə keçmişdir.

Ömər xəlifəlik etdiyi müddətdə bir sıra yeniliklər etmişdir. Onlardan bəzilrəi bunlardır:

  • Xəzinənin gəlir və xərclərinin tənzimlənməsi,
  • Təqvimin başlanğıcı olaraq Hicrətin seçilməsi,
  • Məhkəmə sisteminin yaradılması,
  • Dövlətin ərazisinin vilayətlərə bölünməsi,
  • Həbsxanaların inşası,
  • Şurtə (polis) təşkilatının yaradılması,
  • Ordunun əməliyyat istiqamətiin müəyyənləşdirilməsi,
  • Bəsrə və Kufə şəhərlərinin salınması əmrinin verilməsi,
  • Xaricilər ticarətlə məşğul olmalarına icazə verilməsi,
  • Kimsəsiz yəhudi və xristianlara təqaüdlərin verilməsi,
  • Sulama sisteminin qurulması,
  • Hər məsciddə vəaz və nəsihətin verilmə ənənəsinin əsasının qoyulması,
  • İmam və müəzzinlərə maaş verilməsi.

"Əmir əl-möminin" (ərəb. أمير المؤمنين) ləqəbindən istifadə edən ilk dövlət başçısı da Ömər olmuşdur. Belə ki, Ömərə məktub yazan Əbu Musa əl-Əşəri, ona bu ləqəblə xitab etmiş və bu ləqəb sonralar məşhurlaşmışdır.

Hədis elmindəki yeri

Ömər Məhəmməddən 539 hədis rəvayət etmişdir. Bu hədislərin hamısı "Kütubi-Sittə"də rəvayət edilmişdir. Bunların 81-ini Buxari və Müslüm özlərinin səhihlərində qeyd etmişlər. Bu 81 hədisin 26-sı həm Buxarinin, həm də Müslümün kitablarında mövcuddur. Yerdə qalan hədislərin 34-ünü yalnız Buxari, 21-ini isə yalnız Müslüm öz kitabında rəvayət etmişlər.

İrsi və mirası

Sünnilikdə

Sünni mənbələrinə görə, Məhəmməd Ömər haqqında bunları demişdir:

" Məndən sonra peyğəmbər gəlsəydi, o Ömər olardı. "
" Allah, haqqı Ömərin dilinə və qəlbinə qoymuşdur. "

Oğlu Abdullah atası haqqında bunları demişdir:

" Atam Ömər, hər hansı bir şey haqqında "mən belə düşünürəm" desəydi həmin şey onun düşündüyü kimi olardı "

Sünnilərə görə o, ədalətin timsalıdır.

Şiəlikdə

Zeydilər onun xəlifəliyini qəbul etsələr də, cəfərilər onu Əlinin haqqı olan xəlifəliyi qəsb etməkdə, Fatiməninni evinə hücum edib, onu öldürməkdə ittiham edirlər.

Haqqında qələmə alınmış kitablar

Ömər haqqında "Adaleti ve Yenilikleriyle Hz. Ömer", "Umar ibn al-Khattab: His Life and Times" (və ya "The Genius of Umar"), "Akhbar Umar" və s. əsərlər qələmə alınmışdır. "Muhammad and the Believers" adlı əsərdə Ömərin ilk müsəlman icmasının formalaşmasındakı roluna, "History of the Arabs" adlı əsərdə isə onun xilafəti və idarəçiliyinə geniş yer verilmişdir.

Populyar mədəniyyətdə

Haqqında "Omar" adlı 30 serialı film çəkilmişdir.

Üst