Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Xəzər Zafir oğlu İbrahim (30 may 1978) — Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının

Xəzər İbrahim

Vikipediya, azad ensiklopediya
Xəzər İbrahim
Azərbaycan Respublikasının
Amerika Birləşmiş Ştatlarındakı
Fövqəladə və səlahiyyətli səfiri
Vəzifədədir
26 iyul 2021
ƏvvəlkiElin Süleymanov
Azərbaycan Respublikasının
Türkiyə Respublikasındakı
Fövqəladə və səlahiyyətli səfiri
? 26 iyul 2021
ƏvvəlkiRəşad Məmmədov
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri
2007 2009
NazirElmar Məmmədyarov
ƏvvəlkiTahir Tağızadə
SonrakıElxan Poluxov
Şəxsi məlumatlar
Doğum tarixi 30 may 1978(1978-05-30) (48 yaş)
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • Corctaun Universiteti
Fəaliyyəti diplomat
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Tərəqqi" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xəzər Zafir oğlu İbrahim (30 may 1978) — Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı sabiq Fövqəladə və səlahiyyətli səfiri.

Həyatı

30 may 1978-ci ildə anadan olmuşdur. Əslən Lənkəran rayonu Kənarmeşə kəndindəndir. Evlidir, bir oğlu və üç qızı var. Xəzər İbrahim Bakı Dövlət Universitetində təhsil almışdır. O, həmçinin Vaşinqtonda yerləşən Corctaun Universitetində beynəlxalq münasibətlər və təhlükəsizlik araşdırmaları fakültələrini bitirmişdir.

Karyerası

2007–2009-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyində mətbuat katibi, 2009–2011-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında səfirliyinin müşaviri vəzifələrində çalışmışdır. 2011–2017-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyin başçısı vəzifəsində işləmişdir. 26 iyul 2021 tarixində Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılmışdır.

26 iyul 2021 tarixində Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

Üst