Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Xaçmaz — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Xaçmaz şəhər inzibati ərazi dairəsində şəhər, Xaçmaz rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli

Xaçmaz (şəhər)

41°28′05″ şm. e. 48°48′10″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Bu məqalə Xaçmaz şəhəri haqqındadır. Xaçmaz rayonu üçün Xaçmaz rayonu səhifəsinə baxın.
Şəhər
Xaçmaz
41°28′05″ şm. e. 48°48′10″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Başçı Elnur Rzayev
Tarixi və coğrafiyası
Əsası qoyulub 1938
Mərkəzin hündürlüyü 42 ± 1 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 39.900 nəf. (2012)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2700
Xəritəni göstər/gizlə
Xaçmaz xəritədə
Xaçmaz
Xaçmaz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XaçmazAzərbaycan Respublikasının Xaçmaz rayonunun Xaçmaz şəhər inzibati ərazi dairəsində şəhər, Xaçmaz rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.

Tarixi

Xaçmaz şəhərinin tarixi tam öyrənilməsə də məlumdur ki, artıq XVII əsr mənbələrdə Xaçmaz adı çəkilir. Şəhərin Qudyalçayın sahilində yerləşməsi də, yəqin ki, təsadüfi deyil, çünki bu çayın mənsəbində o zamanlar tanınmış liman olan Niyazabad yerləşirdi. Şəhərin karvan ticarət yolları üzərində yerləşməsi onun sürətli inkişafına səbəb olmuşdur. XX əsrin əvvəlində inşası başa çatan Bakı-Mahaçqala (Petrovsk) dəmir yolu üzərində Xaçmaz stansiyasının tikintisi şəhəri vacib nəqliyyat məntəqəsinə çevirdi. 1930-cu ildə şəhər rayon mərkəzinə çevrildi. 1945–1954-cü illərdə tikilən Xaçmaz konserv kombinatı isə uzun müddət Avropa qitəsində istehsalat gücünə görə ən iri müəssisələrdən biri olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010–2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına uyğun olaraq Xaçmaz 2013-cü ildə Azərbaycan Respublikasının əfsanələr paytaxtı elan olunub. 2014-cü ildə Xaçmaz şəhəri, Bakı prospektində Bayraq Meydanı yaradılmışdır. Orada 85 metr hündürlüyündə Bayraq dirəyi qaldırılmışdır. Bayrağın uzunluğu 30 metr, eni isə 15 metrdir. Həmin ərazidə Bayraq Muzeyi fəaliyyət göstərir.

Əhalisi

Xaçmaz şəhəri əhalisinin milli tərkibi
Etnik qrup Sayı, 1970 sa. Nisbəti, 1970 sa.
Cəmi22.313100 %
Azərbaycanlılar13.17059 %
Ruslar və Ukraynalılar5.30123,8 %
Ləzgilər1.7267,7 %
Yəhudilər8924 %
Ermənilər5072,3 %
Tatarlar2441,1 %
Gürcülər210,1 %
Avarlar50,1 %
Tatlar30,1 %
Digərləri
İlSayı
1926 1.293
1939 7.508
İlSayı
1959 17.123
1970 22.313
İlSayı
1979 26.012
1989 28.990
İlSayı
2012 39.900

Tanınmış şəxsləri

Qardaş şəhərlər

  • Rusiya Dərbənd, Rusiya
  • Türkiyə Iğdır, Türkiyə
  • Gürcüstan Qaratəpə, Gürcüstan

Qalereya

Üst