| Xalik Məmmədov | |
|---|---|
| |
| 27 dekabr 2007 – 28 iyul 2023 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 28 iyun 1958 (68 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
| Təltifləri | |
Xalik Rəfi oğlu Məmmədov (28 iyun 1958, Kakalos, Astara rayonu) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti (2007–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri (2023-cü ildən-2025-ci ilin mart ayına qədər), hazırda təqaüdçüdür.
Həyatı
Xalik Rəfi oğlu Məmmədov 28 iyun 1958-ci ildə Astara rayonunun Kakalos kəndində anadan olmuşdur. 1984-cü ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis–elektrik ixtisası üzrə bitirmişdir. "Personalın idarə olunmasında motivasiyanın rolu" mövzusunda elmi işi sayəsində İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 8 elmi məqalənin müəllifidir.
Əmək fəaliyyətinə 1976-cı ildə Yeni Bakı Neftayırma Zavodunda başlamışdır. Energetik, Enerji təchizatı sexinin rəis müavini, 1985–1991-ci illər ərzində Yeni Bakı Neftayırma Zavodunun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1991–1992-ci illərdə Bakı şəhəri Nizami Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yeni Bakı Neftayırma Zavodu nəzdində "Azinteroyl" Müştərək Müəssisəsinin texniki direktoru, 1992–1994-cü illər ərzində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Təşkilat şöbəsinin baş mütəxəssisi, 1994–2005-ci illərdə "Azərneftyanacaq" İstehsalat Birliyində (daha sonra "Azərneftyanacaq" Neft Emalı Zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu adlandırılmışdır) kadrlar şöbəsinin rəisi, 1996-cı ildən baş direktorun müavini, direktorun rejim və kadrlar üzrə müavini vəzifələrində çalışmışdır.
2005-ci ilin noyabr ayından SOCAR-da İşlər İdarəsinin rəisi və 2007-ci ildən isə SOCAR-ın kadr rejim və informasiya texnologiyaları üzrə vitse prezidenti, 2021-ci ildən 2023-cü ilə qədər Dövlət Neft Şirkətinin vitse-prezident vəzifəsində çalışıb.
1986–1992-ci illər ərzində Azərbaycan Həmkarlar İttifaqı Şurasının Rəyasət Heyətinin üzvü, 1990–1992-ci illər ərzində Ümumittifaq Həmkarlar İttifaqı Konfederasiyasının (ÜİHİK) üzvü, ÜİHİK-in Əməyin Mühafizəsi və Ekologiya Komissiyasının Əməyin mühafizəsi üzrə alt komissiyasının sədri seçilmişdir. SSRİ Həmkarlar İttifaqının XVIII və XIX qurultaylarına nümayəndə seçilmişdir.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin (ABTM), (2013–2024) Bakı Fransız Liseyinin (BFL) və (2013–2023) SOCAR Medianın idarə heyətinin sədri və "SOCAR plyus" jurnalının baş redaktorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Təltiflər
- SSRİ Həmkarlar İttifaqının mükafatı — 1990
- Azərbaycan Respublikasının əməkdar mühəndisi — 18 sentyabr 2008
- 2-ci dərəcəli "Əmək" ordeni — 7 noyabr 2017
- 28 iyunda doğulanlar
- 1958-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Astara rayonunda doğulanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Azərbaycan Demokrat Partiyasının üzvləri
- 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilənlər
- Azərbaycan Respublikasının əməkdar mühəndisləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Nizami Rayon Xalq Deputatları Sovetinin deputatları
- SOCAR-ın vitse-prezidentləri
- Nizami Rayon İcra Hakimiyyətinin başçılarının müavinləri (Bakı)
