| Xanbulaq | |
|---|---|
| 40°38′29″ şm. e. 48°21′01″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 742 m |
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ0619 |
| Xanbulaq | |
Xanbulaq (əvvəlki adı: Gürcüvan) — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Ağsu rayonunun Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi Xanbulaq kəndi adlandırılmış və Gürcüvan kənd inzibati ərazi dairəsi Xanbulaq kənd inzibati ərazi dairəsi hesab edilmişdir.
Tarixi
Dağətəyi ərazidədir.
Yaşayış məntəqəsini XVIII-ci əsrdə Gürcüstanın indiki Gürcaani bələdiyyəsindən gəlmə erməni ailələri qədim Xanbulaq adlı yerdə salmış və gəldikləri ərazinin adı ilə Gürcüvan adlandırmışdılar. 1988-ci ildə ermənilər kəndi tərk etdilər.
Vaxtilə Gürcüstandan Orta Asiyaya surgun edilmiş, 1989-cu ildə Özbəkistandan qovulmuş axısqa türklərinin bir hissəsi bu kənddə məskunlaşdı. Kənd 1990-cı ildən yerləşdiyi ərazinin adı ilə Xanbulaq adlandırıldı.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Ağsu rayonu qaralamaları
- Kənd qaralamaları
- Ağsu rayonunun kəndləri