Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Xankəndi FK — Azərbaycanın Xankəndi şəhərini təmsil edən futbol klubu.Hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir.

Xankəndi FK

Vikipediya, azad ensiklopediya
Xankəndi FK
Loqonun şəkli
Klubun tam adı Xankəndi Futbol Klubu
Ölkə Azərbaycan Azərbaycan
Yaranma tarixi 2024
Stadionu Xankəndi stadionu
Tutumu 15.000
Baş məşqçisi Azərbaycan Zaur Hacıyev
Kapitanı Azərbaycan Əziz Hüseynov
Liqa Azərbaycan Birinci Liqası
Ev forması
Rəsmi saytı

Xankəndi FK — Azərbaycanın Xankəndi şəhərini təmsil edən futbol klubu.Hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir.

Tarixi

Klub 2024-cü ildə yaranmışdır. Klubun icraçı direktoru Elnur Məcidov, idman direktoru isə Vasif İsmayılovdur. İkinci Liqada çıxış edərkən, klub ev oyunlarını müvəqqəti olaraq Palms Sports Futbol Mərkəzində, ikinci mərhələdə isə (altılıq sistemi) Şamaxı OİK stadionunda keçirib.

Region Liqası

Azərbaycan Region Liqasında debüt edən "Xankəndi" klubu ilk yoxlama oyununda ASK Arenanın əsas meydançasında "Çinar Zəngilan" klubu ilə qarşılaşıb. Matç "Xankəndi"nin qələbəsiylə 3:0 başa çatıb.

Region Liqasının 2024/2025 mövsümündə final mərhələsinə yüksələn "Xankəndi" final matçında "Şirvan" komandası ilə qarşılaşıb. Matçda 3:0 hesabı ilə qalib gələn "Xankəndi" Region Liqasının çempionu olub və Azərbaycan İkinci Liqasında və UEFA Regionlar Kubokunda iştirak hüququ əldə edib.

İkinci Liqa

2026-cı il yanvarın 14-də Zaur Hacıyev baş məşqçi vəzifəsinə təyin olunub. O, bu postda İbrahim Uzuncanı əvəz edib. Klub 2025/26 mövsümündə 76 xal toplayaraq Azərbaycan İkinci Liqasının çempionu adını qazanaraq, Birinci Liqaya vəsiqə qazanıb.

Birinci Liqa

Üst