| Xankəndi FK | |||
|---|---|---|---|
| |||
| Klubun tam adı | Xankəndi Futbol Klubu | ||
| Ölkə | | ||
| Yaranma tarixi | 2024 | ||
| Stadionu | Xankəndi stadionu | ||
| Tutumu | 15.000 | ||
| Baş məşqçisi | | ||
| Kapitanı | | ||
| Liqa | Azərbaycan Birinci Liqası | ||
| |||
| Rəsmi saytı | |||
Xankəndi FK — Azərbaycanın Xankəndi şəhərini təmsil edən futbol klubu.Hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir.
Tarixi
Klub 2024-cü ildə yaranmışdır. Klubun icraçı direktoru Elnur Məcidov, idman direktoru isə Vasif İsmayılovdur. İkinci Liqada çıxış edərkən, klub ev oyunlarını müvəqqəti olaraq Palms Sports Futbol Mərkəzində, ikinci mərhələdə isə (altılıq sistemi) Şamaxı OİK stadionunda keçirib.
Region Liqası
Azərbaycan Region Liqasında debüt edən "Xankəndi" klubu ilk yoxlama oyununda ASK Arenanın əsas meydançasında "Çinar Zəngilan" klubu ilə qarşılaşıb. Matç "Xankəndi"nin qələbəsiylə 3:0 başa çatıb.
Region Liqasının 2024/2025 mövsümündə final mərhələsinə yüksələn "Xankəndi" final matçında "Şirvan" komandası ilə qarşılaşıb. Matçda 3:0 hesabı ilə qalib gələn "Xankəndi" Region Liqasının çempionu olub və Azərbaycan İkinci Liqasında və UEFA Regionlar Kubokunda iştirak hüququ əldə edib.
İkinci Liqa
2026-cı il yanvarın 14-də Zaur Hacıyev baş məşqçi vəzifəsinə təyin olunub. O, bu postda İbrahim Uzuncanı əvəz edib. Klub 2025/26 mövsümündə 76 xal toplayaraq Azərbaycan İkinci Liqasının çempionu adını qazanaraq, Birinci Liqaya vəsiqə qazanıb.
Birinci Liqa
- Əlifba sırasına görə futbol klubları
- 2024-cü ildə yaradılmış futbol klubları
- Xankəndi futbol klubları
- 2024-cü ildə Azərbaycanda yarananlar
