Xanyurdu (əvvəlki adı: Xanazax) — Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənd.
| Xanyurdu | |
|---|---|
![]() Xocalı rayonunun Xanyurdu kəndi, 2025-ci ilin iyul ayı | |
| 39°50′57″ şm. e. 46°44′32″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Xocalı rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 822 m |
| Saat qurşağı |
|
![]() Xanyurdu | |
Coğrafiyası
Kənd dağətəyi ərazidə yerləşir.
Tarixi
Bu kənd XIX əsrdə Zəngəzur qəzasından köçmüş erməni ailələri tərəfindən Xanyurdu adlanan yerdə Xanadzax adı ilə salınmışdı.
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Xanazax kəndi salındığı yerin adı ilə Xanyurdu kəndi adlandırılmışdı.
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanyurdu kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmiş, 2023 cü il sentyabrın 19–20-i keçirilmiş lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
18 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xanyurdu kəndinə səfəri zamanı, Təzəbinə və Xanyurdu kəndlərinə köçən sakinlərlə görüşüb, onlarla söhbət etmişdi.
Əhalisi
İşğalçı separatçı rejim tərəfindən 2005-ci ildə Dağlıq Qarabağda keçirilmiş əhalinin siyahıyaalmasına əsasən, Xanyurdu kəndinin əhalisinin faktiki sayı 578 nəfər, qeydiyyatdakı əhalinin sayı 592 nəfər təşkil edirdi.
2025-ci il iyulun 14-də 122 nəfərdən ibarət 33 ailə yaşamaq üçün kəndə köçmüşdü.

