Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Xorasan Səlcuqiləri (türk. Horasan Selçuklu Devleti; 1092-1118) - Səlcuqluların Xorasanda qurduğu dövlət (sultanlıq). Ərazisi Xorasanı, Türkmənistanı, Məvarünnə

Xorasan Səlcuqiləri

Vikipediya, azad ensiklopediya
Tarixi dövlət
Xorasan Səlcuqiləri
1092 — 1194
Paytaxt Mərv
Rəsmi dilləri Oğuz Türkcəsi, Türk, Fars
Sülalə Al-i Səlcuq
Sultan, Məlik
 •  Sultan İlyas (ilk)
 •  Sultan Səncər (son)
Davamiyyət
Xorasan
Türkmənistan
Özbəkistan
Qaraqalpaqıstan
 →

Xorasan Səlcuqiləri (türk. Horasan Selçuklu Devleti; 1092-1118) - Səlcuqluların Xorasanda qurduğu dövlət (sultanlıq). Ərazisi Xorasanı, Türkmənistanı, Məvarünnəhri və Xarəzmi əhatə etmişdi.

Hökmdarlar (Məliklər və Sultanlar)

Məliklər

  1. Davud Çağrı bəy
  2. Alparslan
  3. Arslan şah
  4. İlyas ibn Davud
  5. Süleyman ibn Davud
  6. Məsud ibn Ərtaş Yabqu
  7. Maudud ibn Ərtaş Yabqu
  8. Arslan Arqun ibn Məhəmməd
  9. Böri Bars ibn Məhəmməd
  10. Təkiş ibn Məhəmməd
  11. Toğan ibn Alparslan

Sultanlar

  1. Arslan Arqun ibn Məhəmməd
  2. Əhməd Səncər ibn Məlikşah

Xorasan Səlcuqlu Sultanlığının bayrağı və gerbi

Bayraq

Səlcuqlu dövlətinin bayrağında bir ikibaşlı qartal və üzərində bir yay ilə ox təsvir edilmişdir. İkibaşlı qartal Səlcuqların həm Şərqə, həm də Qərbə hakim olduğununun simvoludur. Ox və yay isə Türklərin savaş ruhunu təmsil etməkdə idi. Böyük Səlcuqlu parçalanmağa başlayandan sonra yaranmış digər kiçik Səlcuqlu dövlətləri öz bayraqlarını Böyük Səlcuqluların bayrağının əsasında düzəldiblər. Məsələn, Rum Səlcuqlularının bayrağı kimi. Ehtimal edilir ki, Xorasan Səlcuqluları da öz bayraqlarını bu bayraq əsasında düzəldiblər.

Gerb

Səlcuqluların gerbi ikibaşlı qartaldır. İkibaşlı qartalın mənası "Bayraq" qismində verilmişdir. Səlcuq gerbi bütün Səlcuq dövlətlərində olduğu kimi istifadə edilmişdir.

Üst