Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xoy xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran ərazisində) xanlıq (XVIII yüzilin ortaları — sonları). Mərkəzi Xoy şəhəri idi. Xoy xanlığı Araz çayı, Na

Xoy xanlığı

  • Ana Səhifə
  • Xoy xanlığı

Xoy xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran ərazisində) xanlıq (XVIII yüzilin ortaları — sonları). Mərkəzi Xoy şəhəri idi. Xoy xanlığı Araz çayı, Naxçıvan, Maku, Urmiya, Təbriz xanlıqları və Osmanlı dövləti ilə hüdudlanırdı.

Xanlıq
Xoy xanlığı
XVIII — XIX əsrlərdə Xoy xanlığı
XVIII — XIX əsrlərdə Xoy xanlığı
1747 — 1813
Paytaxt Xoy
Rəsmi dilləri Azərbaycan dili,
fars dili
Din İslam (Şiəlik)
Əhalisi azərbaycanlılar, ermənilər, kürdlər, farslar, aysorlar
İdarəetmə forması Mütləq monarxiya
Xan
 • (1747-1763) Şahbaz xan Dünbili (ilk)
 • (1798-1806) Cəfərqulu xan Xoyski (son)

Mündəricat

Ümumi məlumat

Xoy xanlığının əsasını dünbuli tayfa başçıları qoymuşdu. Dünbuli Əhməd xan XVIII əsrin 60-cı illərində Təbrizdə də möhkəmlənmişdi. Xoy xanlığı İrəvan, Naxçıvan və Qaradağ xanlığını da özünə tabe etmişdi. Qarabağ xanlığı ilə müttəfiqlik hakimiyyətinin möhkəmlənməsinə müsbət təsir göstərdi.

1775-ci ildə Xoy xanı Əhməd xandan Çıldır valisi Süleyman paşaya göndərilən məktubda "Şimali Qafqazın istilasından qüvvət alan Rusiyanın və onunla ittifaq yaradan İrakli xanın təcavüzünə imkan verməməsi üçün Azərbaycan və Qafqaz xanlarının "Dövləti-Aliyyə" (Osmanlı imperiyası — Q. G.) ilə birgə mübarizə aparmasının vacib olduğu bildirilirdi".

Xoy xanlığı ilə Kərim xan Zəndin zərbələrindən sonra dirçəlməyə başlayan Urmiya xanlığı arasında ziddiyyət var idi. Əhməd xan Təbriz xanlığı ilə birləşərək 1783-cü ildə Təbriz şəhəri yaxınlığında Urmiya və Sərab xanlıqlarının birləşmiş qoşununu məğlub etdi. Bu qələbə Xoy xanlığının nüfuzunu xeyli artırdı. Kərim xan Zənd Xoy xanlığının güclənməsindən narahat olub, Əhməd xanı sarsıtmaq üçün tədbirlər görməyə başladı. Bu məqsədlə onun qardaşı Şahbaz xanın oğlanlarını əmilərinə qarşı mübarizəyə hazırlayırdı. Kərim xan Zəndin səpdiyi düşmənçilik toxumu onun ölümündən sonra belə özünü göstərdi. Şahbaz xanın oğlanları Əhməd xana qəsd edib, onu öldürdülər. Qəsdçilər hakimiyyəti ələ keçirməyə nail ola bilmədilər. Cəfərqulu xan Xoylu xilas ola bildi, onları cəzalandırdı və qardaşı Hüseynqulu xanı azad edərək hakimiyyətə gətirdi.

Xoy xanlığı yaranmış vəziyyətdə əvvəlki mövqeyini itirdi. İrəvan xanlığı müstəqillik əldə etdi. İrəvan və Qaradağ xanlığı yalnız Qarabağdan asılı oldu. Təbriz də əldən çıxdı. Xanlıqlar arasında yeni çəkişmələr başlandı. Xoy xanlığı Qacarlardan asılı vəziyyətə düşdü, sonra xanlığa son qoyuldu.

İnzibati qurluşu

Xanlıq inzibati cəhətdən 11 mahala bölünürdü. Bu mahallar aşağıdakılardır:

  1. Avacıq mahalı
  2. Qotur mahalı
  3. Salmas mahalı
  4. Xoy mahalı
  5. Ələnd mahalı
  6. Çaldıran mahalı
  7. Çors mahalı
  8. Qaraqoyunlu mahalı (Xoy)
  9. Sökmənabad mahalı
  10. Dərgah mahalı
  11. Yenigicə mahalı

Xanlar

№ Adı Hakimiyyət illəri
1 Şahbaz xan Dünbili 1747–1763
2 Əhməd xan Dünbili 1763–1786
3 Hüseynqulu xan Dünbili 1786–1798
4 Cəfərqulu xan Dünbili 1798-?

Həmçinin bax

  • Azərbaycan xanlıqları
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    Nürnberq prosesi

  • Mart 26, 2026

    Ağciyər iltihabı

  • Mart 26, 2026

    Qırğızıstan

  • Mart 27, 2026

    Tam ədədlər

  • Aprel 03, 2026

    Şahtaxtı (Kəngərli)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst