Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Xudafərin SES — İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərindəki torpaqla doldurulmuş bənd. İranın Şərqi Azərbaycan ostanına daxi

Xudafərin SES

39°09′35″ şm. e. 46°56′05″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
"Xudafərin" SES
"Xudafərin" su-elektrik stansiyası
Xəritə
Ümumi məlumatlar
Çay Araz
Sahibi
Azərenerji ASC [mənbə göstərilməlidir]
Status İşlək
Tikilmə tarixi 1999
İstismara verilib 2008
İstismarçı Azərenerji ASC
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 102 və ya 200 MVt
Avadanlıq xüsusiyyətləri
Turbin tipi Hidroaqreqat
Əsas qurğular
Bənd tipi Torpaq-bənd
Bəndin hündürlüyü 64
Bəndin eni 400
Yerləşməsi
39°09′35″ şm. e. 46°56′05″ ş. u.HGYO
Ölkələr
  •  Azərbaycan
  •  İran
Rayon
Yer Xudafərin şəhristanı, Cəbrayıl rayonu
"Xudafərin" SES xəritədə
"Xudafərin" SES
"Xudafərin" SES
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xudafərin SES — İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərindəki torpaqla doldurulmuş bənd. İranın Şərqi Azərbaycan ostanına daxil olan Xumarlı kəndindən 8 kilometr (5,0 mil) qərbdə və Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər Ermənistan Respublikasının nəzarəti altında olmuşdur.[mənbə göstərilməlidir]

SES Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Stansiyanın gücü 102 və ya 200 meqavata bərabərdir. Su anbarı vastəsi ilə 75.000 hektar ərazinin suvarılması nəzərdə tutulmuşdur.

Tarixi

Bəndin məqsədi hidroelektrik enerji istehsalı və suvarmadır. Sovet İttifaqı ilə iran arasında 1977-ci ilin oktyabrında baş tutan razılaşması ilə layihəsi hazırlanmışdır. Layihələndirmə 1982-ci ildə sona çatmış, 1990-cı illərin əvvəllərində yenidən işlənmiş və 1999-cu ildə inşaat işlərinə başlamışdır. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, İran Ermənistanla layihəni başa çatdırmaq üçün gizli bir razılaşma imzalanmışdır.

Bəndin tamamlanması 2008-ci ildə baş tutmuşdur. SES 2010-cu ildə açılır. Suvarma işləri ilə bağlı tikint hələ də davam edir. İnşaat zamanı bir neçə Tunc dövrünə aid yer, o cümlədən Saka-İskit döyüşçüsünün qəbri tapılmışdır.

2022-c ilin iyulunda "Xudafərin" və "Qız Qalası" hidroqovşaq və su-elektrik stansiyalarının (SES) üzərində iki bəndin birgə tikintisini sürətləndirəcək sənəd imzalanıb.

Həmçinin bax

Üst