| Xızrı Şıxsəidov | |
|---|---|
| |
| 7 fevral 2013 – 30 sentyabr 2021 | |
| Əvvəlki | Məhəmməd-Sultan Məhəmmədov |
| Sonrakı | Zaur Askenderov |
| 20 avqust 1997 – 13 oktyabr 2004 | |
| Əvvəlki | Əbdürrəzzaq Mirzəbəyov |
| Sonrakı | Atay Əliyev |
| 13 oktyabr 2004 – 16 mart 2007 | |
| Əvvəlki | Atay Əliyev |
| Sonrakı | Malik Baqliyev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1 avqust 1947 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 24 may 2026 (78 yaşında) |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| Dini | İslam |
| | |
| Təltifləri | |
Xızrı Şıxsəidov (1 avqust 1947, Buynaksk, Dağıstan MSSR – 24 may 2026) — rusiyalı dövlət xadimi, siyasətçi. 7 fevral 2013-cü ildən etibarən Dağıstan Respublikası Xalq Məclisinin sədri. Daha əvvəl Rusiya Dövlət Dumasının Vahid Rusiya Partiyasından V və VI çağırış millət vəkili.
Həyatı və təhsili
Xızrı Şıxsəidov 1 avqust 1947-ci ildə Buynaksk şəhərində anadan olub. Milliyyətcə qumuqdur. 1954-cü ildən 1965-ci ilə qədər Buynaksk şəhər 2 nömrəli məktəbdə təhsil alıb. 1965-ci ildə Dağıstan Kənd Təsərrüfatı İnstitutunda bağçılıq və üzümçülük fakültəsinə daxil olub.
1970-ci ildə Dağıstan Kənd Təsərrüfatı İnstitutunu, 1982-ci ildə isə Rostov Ali Partiya məktəbini bitirib.
Fəaliyyəti
1970-ci ildən Buynaksk rayonunda kənd təsərrüfatı sahəsində aqronom kimi fəaliyyət göstərməyə başlayıb. 1971-ci ildən Daqsadvintrestdə aqronom kimi, Markovskiy sovxozunun baş aqronomu kimi işə başlayıb. Sonradan müxtəlif vəzifələrdə, partiya orqanlarında və respublikanın kənd təsərrüfatı müəssisələrində fəaliyyət göstərib. 1985–1990-cı illərdə Dağıstan SSR-nın Ali Sovetinin IX çağırış millət vəkili, 1990-cı ildən 1995-ci ilə qədər Dağıstan Respublikasının Ali Sovetinin xalq deputatı olub. 1992-ci ilin noyabr ayından 1995-ci ilin oktyabr ayına qədər Müqaviləli Respublika Korporasiyası olan "Daqvino"-nun prezidenti olub. 1995-ci ildə Dağıstan Respublikasının Xalq Məclisinin deputatı seçilib. Elə həmin ildə Dağıstan Respublikasının Hesablamalar palatasının sədri təyin edilib. 1997-ci ilin avqust ayında Dağıstan Respublikası Hökumətinin sədri təyin edilib. Bunla yanaşı həm də Dağıstan Respublikasının Dövlət Məclisi sədrinin birinci müavini vəzifəsini icra edib. 2004-cü ilin oktyabr ayından Dağıstan Respublikasının Hesablamalar palatasının sədridir. 2007–2013-cü illər arasında Rusiya Federasiyasının Dövlət Dumasının Federal Məclisinin deputatı olub. 2013-cü ilin fevral ayından etibarən Dağıstan Respublikasının Xalq Məclisinin sədridir. Vahid Rusiya partiyasının Ümumrusiya Baş Şurasının üzvü, Dağıstan regional şöbəsinin katibidir.
Mükafatları
- "Dostluq" ordeni (Rusiya) (31 oktyabr 1998-ci il) — Dövlət qarşısındakı ləyaqətli xidmətinə, uzun müddətli vicdanlı əməyinə və eləcə də xalqlar arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi üçün verdiyi töhfələrə görə.
- "Şərəf" ordeni (Rusiya) (16 oktyabr 2012-ci il) — Rusiya parlamentarizminin inkişafına verdiyi böyük töhfələrə görə və eləcə də aktiv qanunverici fəaliyyətinə görə.
- "Dostluq" ordeni (Azərbaycan) (31 iyul 2017-ci il) — Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında eləcə də Azərbaycan və Dağıstan xalqlarlı arasında, dostluq əlaqələrinin və əməkdaşlığın inkişafı üçün göstərdiyi xüsusi səylərə görə.
- "Dağıstan Respublikasına xidmətlərinə görə" ordeni.
- Dağıstan Respublikasının "Doğma torpağa sevgi" şərəf nişanı.
- Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasının "Parlamentarizmin inkişafına xidmətlərinə görə" şərəf nişanı.
- 1 avqustda doğulanlar
- 1947-ci ildə doğulanlar
- Dağıstan MSSR-də doğulanlar
- 24 mayda vəfat edənlər
- 2026-cı ildə vəfat edənlər
- 78 yaşında vəfat edənlər
- Son bir ildə vəfat etmiş şəxslər
- Vahid Rusiya Partiyasının üzvləri
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Rusiyanın "Şərəf" ordeni ilə təltif edilənlər
- Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər
- Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilənlər
- "Dağıstan qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edilənlər
- Rusiya Hökumətinin Mədəniyyət Mükafatı laureatları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Rusiya Federasiyası Dövlət Dumasının VI çağırış deputatları
- Dağıstan MSSR Ali Sovetinin deputatları
