Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xəlil Sultan bin Miranşah (14 sentyabr 1384, Herat – 4 noyabr 1411, Rey, Tehran ostanı) — Əmir Teymurun böyük oğlu Miranşahın oğludur və Teymurilər dövlətinin i

Xəlil Sultan

  • Ana Səhifə
  • Xəlil Sultan

Xəlil Sultan bin Miranşah (14 sentyabr 1384, Herat – 4 noyabr 1411, Rey, Tehran ostanı) — Əmir Teymurun böyük oğlu Miranşahın oğludur və Teymurilər dövlətinin ikinci hökmdarıdır. 1405–1409 arası Teymurilər Sultanı olmuşdur. Əmir Teymurun ölümündən sonra xələf olaraq ordunun dəstəyi ilə Səmərqənddə taxta çıxdı. Lakin eyni zamanda Teymurun oğlu Heratda taxta çıxmışdı. 1409-cu ildə Şahrux Mirzə Səmərqəndə yürüş etdi və Xəlil Sultanın arvadını əsir götürdü. Bundan sonra Xəlil Sultan təslim oldu və taxtdan endirildi. Taxtdan endirilən Xəlil Sultan Şahrux Mirzə tərəfindən Rey qubernatoru təyin olundu . Həyatını Rey qubernatoru olaraq 1411-ci ildə itirdi və ölümündən sonra arvadı da intihar etdi.

Xəlil Sultan
Teymuri imperiyasının 2-ci hökmdarı
1405 – 1409
ƏvvəlkiƏmir Teymur
SonrakıŞahrux Mirzə
Şəxsi məlumatlar
Doğum tarixi 14 sentyabr 1384(1384-09-14)
Doğum yeri
  • Herat, Teymurilər dövləti
Vəfat tarixi 4 noyabr 1411(1411-11-04) (27 yaşında)
Vəfat yeri
  • Rey, Rey şəhristanı, Tehran ostanı, İran
Fəaliyyəti monarx
Atası Sultan Miranşah mirzə
Ailəsi Teymurilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Ailəsi

Xanımları

  • Cahan Sultan ağa — Əmir Teymurun bacısı Sevinc Qutluq ağanın nəvəsidir. 1397-ci ildə evlənmişdir.
  • Şadmülk ağa (ö. 1411) — 1404-cü ildə gizlicə evlənmişdir. Babası Əmir Teymur onun öldürülməsini əmr etsə də, artıq hamilə olması və Saraymülk ağanın araya girməsiylə xilas oldu.
  • Adı bilinməyən bir xanım

Oğulları

  • Əli mirzə — anasının adı bilinmir.
  • Məhəmməd Bahadur mirzə — Cahan Sultan ağadan doğulub.
  • Bərkul mirzə — Cahan Sultan ağadan doğulub.
  • Məhəmməd Bayqara mirzə — Şadmülk ağadan doğulub.

Qızları

  • Çiçək ağa — Cahan Sultan ağadan doğulub.
  • Şirinbəy ağa — Cahan Sultan ağadan doğulub.
  • Sarayməlik ağa — Şadmülk ağadan doğulub.
  • Sultan Bədiəlmülk ağa — Şadmülk ağadan doğulub. Məhəmməd Uluqbəylə evlənmişdir.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 08, 2026

    Çinarlı (Şəmkir)

  • Aprel 06, 2026

    Feldyeger xidməti

  • Aprel 14, 2026

    Gəncə mədrəsəsi

  • Mart 29, 2026

    Əməli yaddaş

  • Aprel 12, 2026

    Sent-Çarlz burnu

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst