Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əbu Bəkr Əhməd ibn Əli ibn Sabit əl-Bağdadi (ərəb. الخطيب البغدادي‎; 1002 və ya 7 may 1002, Quzeyyə[d] – 1071 və ya 5 sentyabr 1071, Bağdad, İraq, Abbasilər xil

Xətib əl-Bağdadi

Vikipediya, azad ensiklopediya
Xətib əl-Bağdadi
ərəb. الخطيب البغدادي
Doğum adı أحمد بن علي بن ثابت البغدادي
Doğum tarixi 1002(1002) və ya 7 may 1002(1002-05-07)
Doğum yeri
  • Quzeyyə[d], İraq
Vəfat tarixi 1071(1071) (68–69 yaşında) və ya 5 sentyabr 1071(1071-09-05) (68–69 yaşında)
Vəfat yeri
Elm sahələri hədis elmi, hədis, tarix

Əbu Bəkr Əhməd ibn Əli ibn Sabit əl-Bağdadi (ərəb. الخطيب البغدادي; 1002 və ya 7 may 1002, Quzeyyə[d]1071 və ya 5 sentyabr 1071, Bağdad, İraq, Abbasilər xilafəti) — hədis hafizi və tarixçi.

Bioqrafiyası

Hicri 392-ci (1002) ildə, Quzeyyə qəsəbəsində anadan olub. Özü və atası xətib olduğu üçün ləqəbi "Xətib"dir. Məkkəyə, Mədinəyə, Bəsrəyə, Kufəyə, Həmədana, Reyə və başqa şəhərlərə elmi səfərlər etmişdir. Hilal ibn Abdullah ət-Tibi, Məhəmməd ibn Əhməd əl-Bağdadi, Əbüt-Tayyib ət-Təbəri, Əbu Həmid əl-İsfərayini, Bərkani, Məhəmməd ibn Əli əs-Suri, Əhməd ibn Məhəmməd əl-Bağdadi, Əbu Ömər Əbdülvahid ibn Məhəmməd əl-Qazəruni, Əbül-Hüseyn Əli ibn Məhəmməd əl-Bağdadi, Əbu Bəkr Əhməd ibn Həsən əl-Hiri, İbn Şəzan əl-Bağdadi, İbn Məqulə və Əbül-Fəzl İbn Xeyrun, Əbu Məhəmməd əl-Qəttani kimi alimlərdən hədis, hədis üsulu, fiqh öyrəndi və hədis rəvayət etdi. Onun bəhrələndiyi müəllimlərinin sayı 1000-dən çoxdur. 470 müəlliminin isə əsərlərini onlara xətm etmişdir. Ondan müəllimləri Əbu Bəkr əl-Bərqani və Əbül-Qasım Ubeydullah ibn Əhməd əl-Əzhəri hədis rəvayət etmişdir. Onun ən tanınmış tələbələri bunlardır: Əbül-Məali Məhəmməd ibn Məhəmməd əl-Hüseyni, Məhəmməd ibn Fütuh əl-Humeydi, İbnül-Hədibə, Əbül-Hüseyn İbnüt-Tüyuri Mübarək ibn Əbdülcabbar əl-Bağdadi, Xətib Təbrizi, Əbu Bəkr Məhəmməd ibn Əbdülbəqi əl-Ənsari ən-Nəsri və başqaları.

Xətib, 7 Zilhicə hicri 463-cü (5 sentyabr 1071) ildə Bağdadda vəfat etmişdir.

Hədis elmindəki yeri

Hədis elmindəki məharətinə görə ona "əl-Hafiz" və ya "əl-Hafiz əl-Kəbir" titulları verilmişdir. İbn Əbdilbərr ona "Həfizul-məğrib" və "Hafizul-məşriq" deyildiyini də nəql etmişdir.

Əsərləri

Xətib, hədis, hədis üsulu, hədis ricalı tarix və bioqrafiya sahələrinə aid 54–100 arası əsər qələmə almışdır. Ən məşhur əsəri "Tarixu Bağdad"dır. Xətib, bu əsərin ərsəyə gəlməsinə ömrünün 20 ilini həsr etmişdir. Bu əsər Bağdad şəhərinin tarixindən və Bağdadın görkəmli şəxsiyyətlərindən bəhs edir.

"əl-Cami li-əxlaqir-ravi və ədəbis-sami", "Şərəfü əshabil-hədis", "əl-Kifayə fi elmir-rəvayə" və "Təqiyidül-elm" onun hədis və hədis ricalı ilə bağlı qələmə aldığı əsərlərdən bəziləridir.

Üst