Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Xəzər sarıbaşı (lat. Kalidium caspicum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sarıbaş (bitki) cinsinə aid bitki növü.

Xəzər sarıbaşı

Vikipediya, azad ensiklopediya
Xəzər sarıbaşı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Dəstə:
Qərənfilçiçəklilər
Fəsilə:
Pəncərkimilər
Yarımfəsilə:
Salicornioideae
Triba:
Salicornieae
Cins:
Sarıbaş
Növ:
Xəzər sarıbaşı
Beynəlxalq elmi adı
  • Kalidium caspicum

Xəzər sarıbaşı (lat. Kalidium caspicum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sarıbaş (bitki) cinsinə aid bitki növü.

Arealı

İranda, Qafqazda, Avropada və Orta Asiyada yayılmışdır. Xəzər dənizin Qafqaz sahillərində təsvir edilmişdir.

Botaniki xarakteristikası

15-75 sm hündürlüyündə kolcuqdur. Çılpaq, əksər hallarda birillik, ağımtıl zoğlu, çox asan qırılan, oduncaqlaşmış gövdə və budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, çılpaq, zəif inkişaf etmiş, ətli, şirəli və ya kiçik yarpaqaltlığa malikdir. Pulcuqşəkilli çiçəkaltlıqlarının qoltuğunda üç-üç yerləşən çiçəkləri vardır. Meyvələrdə çiçəkyanlığı 4-5 künclüdür. Aprel ayında çiçəkləyir. Meyvələr dəyirmi ovalşəkillidir, uzunluğu 1-1,5 mm, üzəri qısa əmziklərə oxşar çıxıntılarla örtülüdür, oktyabr ayında yetişir.

Ekologiyası

Duza və istiyə davamlı bitkidir.

Azərbaycanda yayılması

Böyük Qafqaz, Kür-Araz ovalığı və Naxçıvanda təpəli şoranlıqlarda və şorlaşmış yerlərdə, səhra və yarımsəhralarda təsadüf edilir və seyrəlmiş təmiz cəngəlliklər əmələ gətirir. Abşeronda dənizkənarı ərazilərdə rast gəlinir.

İstifadəsi

Yanacaqda istifadə olunur. Bəzi heyvanlar tərəfindən yeyilir. Tərkibində az miqdarda alkaloidli maddələr vardır. Bu bitkinin yaşıl sabunla qarışığı insektisid xüsusiyyətlərinə malikdir. Yaşıllaşdırmada istifadə olunmur.

Sinonimləri

Homotipik sinonimləri

  • Halocnemum caspicum (L.) Tausch
  • Salicornia caspica L.

Heterotipik sinonimləri

  • Halocnemum arabicum Spreng.
  • Salicornia arabica Pall.
  • Salicornia pallasii C.A.Mey. ex Hohen.

Həmçinin bax

Üst