Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yaşar Höccətulla oğlu Rzayev (7 aprel 1941, Lənkəran) — Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Lənkəran Şəhər İcra Hakimiyyətini

Yaşar Rzayev

Vikipediya, azad ensiklopediya
Yaşar Rzayev
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı
2000 2003
ƏvvəlkiDilruba Camalova
SonrakıZeynal Nağdəliyev
Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi
1989 1991
ƏvvəlkiAqil Rəhimov
Sonrakıvəzifə ləğv edilib
Lənkəran Şəhər Partiya Komitəsinin ikinci katibi
1983 1989
Lənkəran Şəhər İcra Hakimiyyəti
başçısının humanitar məsələlər üzrə müavini
1993 1995
Azərbaycan Respublikasının Ali Sovetinin xalq deputatı
1995 2000
Şəxsi məlumatlar
Doğum tarixi 7 aprel 1941(1941-04-07) (85 yaş)
Doğum yeri
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • filologiya üzrə fəlsəfə doktoru[d]

Yaşar Höccətulla oğlu Rzayev (7 aprel 1941, Lənkəran) — Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı.

Həyatı

Yaşar Rzayev 7 aprel 1941-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Atası idarə qulluqçusu, anası isə uşaq bağçasında tərbiyəçi olmuşdur. Atasını erkən yaşlarında itirmişdir. Lənkəranda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Hekayələr və respublika televiziyası üçün ssenarilər yazmışdır. İlk hekayələri "Aprel çiçəkləri", "Gənc qələmlər" almanaxlarında və "Azərbaycan" jurnalında çap olunmuşdur. 1964-cü ildə universitetin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.[mənbə göstərilməlidir]

Universiteti bitirdikdən sonra yerli qəzetdə işləmiş, axşam məktəbində dərs demişdir. Daha sonra iki il Ali Partiya Məktəbində təhsil almışdır. Həmin dövrdə onun ilk hekayələr kitabı nəşr olunmuşdur. Bu məktəbi də fərqlənmə diplomu ilə başa vurmuşdur.[mənbə göstərilməlidir]

Lənkəran Şəhər Partiya Komitəsində təlimatçı və təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Müxtəlif bədii və publisistik yazıları çap olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir. 1983-cü ildə şəhər partiya komitəsinin ikinci katibi seçilmişdir. 1989-cu ilin noyabrında Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi seçilmişdir.[mənbə göstərilməlidir]

1990-cı ilin yanvar hadisələri zamanı respublika rəhbərliyinin siyasətinə münasibət bildirmiş, ordunun müdaxiləsinə qarşı bəyanatla çıxış etmişdir. Həmin bəyanat mətbuatda dərc olunmuş və efirdə səsləndirilmişdir.[mənbə göstərilməlidir]

1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur. 30 avqust 1991-ci ildə Azərbaycanın müstəqilliyi haqqında Bəyanata, 18 oktyabr 1991-ci ildə isə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına imza atan deputatlardan biri olmuşdur.[mənbə göstərilməlidir]

1991-ci ilin noyabrından 1992-ci ilin avqustunadək işləməmişdir. 1992-ci ilin avqustundan 1993-cü ilin sentyabrınadək Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunun Lənkəran filialının direktoru işləmişdir.

1993-cü ildə Cənub bölgəsində baş vermiş siyasi hadisələr zamanı yaradılmış "Lənkəran" cəmiyyətinin təşkilatçılarından biri olmuşdur. Həmin dövrdə ziyalıların və müxtəlif siyasi təşkilatların iştirakı ilə keçirilən ictimai-siyasi fəaliyyətlərdə iştirak etmiş, müraciət mətnlərinin hazırlanmasında və toplantılarda çıxışlarında yer almışdır.[mənbə göstərilməlidir]

1993-cü ilin sentyabrından 1995-ci ilin oktyabrınadək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini vəzifəsində çalışmışdır. 1995-ci ilin oktyabrında Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Deputatlıq fəaliyyəti dövründə Milli Məclisdə çoxsaylı çıxışlar etmişdir. Həmçinin MDB Parlamentlərarası Assambleyasının üzvü olmuş, Sankt-Peterburq, Minsk və Türkiyənin Samsun şəhərində keçirilən toplantılarda iştirak etmişdir.[mənbə göstərilməlidir]

2000–2003-cü illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. On üç kitabın müəllifidir. Povest və hekayələri "Azərbaycan", "Ulduz", "Söz" jurnallarında, "Ədəbiyyat qəzeti"ndə və müxtəlif almanaxlarda çap olunmuşdur. Əsərləri arasında "Dünya mənim" romanı, "Yay əhvalatı", "Əks-səda", "Dəryada gəmim qaldı" povestləri, "Vəlinin kupletləri", "Palatanın tavanı ağ-appaqdır", "Sözsüz mahnı" və "Ana ömrü" hekayələri vardır.[mənbə göstərilməlidir]

Filologiya üzrə fəlsəfə doktorudur. "Milli azadlıq şüurunun formalaşmasında Azərbaycan ədəbiyyatının rolu (1960–1980-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. "Azərbaycan romanı siyasi-ideoloji proseslər və milli-mənəvi ideallar kontekstində (1930–1950-ci illər)" adlı doktorluq dissertasiyası yazmışdır. 45 elmi məqalənin, 200-ə yaxın müxtəlif məqalə, oçerk, reportaj, publisistik yazı, resenziya və tərcümənin müəllifidir. Beynəlxalq elmi konfranslarda iştirak etmiş, elmi məqalələri Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan və Özbəkistanda çap olunmuşdur.[mənbə göstərilməlidir]

Elmi-pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.

4 övladı var.

Əsərləri

Bədii kitabları

  1. Gecə eşelonu (hekayələr). Bakı, "Gənclik", 1972
  2. Əks-səda (povest və hekayələr). Bakı, "Gənclik", 1981
  3. Beş dəqiqəlik yol (povestlər, hekayələr). B."Əbilov və Zeynalov qardaşları", 2001.
  4. Dünya mənim. Roman. B."OL" MMC. 2015.
  5. Yaddaşa qayıdış. 2022

Elmi kitablar

  1. Bədii söz və milli azadlıq şüuru. Monoqrafiya. Bakı, "Nurlan", 2007
  2. Azərbaycan romanı: siyasət və milli düşüncə. Monoqrafiya. Bakı, "Elm", 2010.
  3. Dünənə necə baxmalı. Elmi məqalələr toplusu. Bakı, "Elm və təhsil, 2011.

Publisistik kitablar və dərs vəsaiti

  1. Lənkəran: doxsan üçüncü ilin yayı. Bakı, "Siyasət", 1998.
  2. Ömürdən səslər (publisistika, ədəbi düşüncələr, Milli Məclisdə çıxışlar). Bakı, "Azərbaycan milli ensiklopediyası", 2001.
  3. XIX əsr Azərbaycan ədəbiyyatı. Dərs vəsaiti. B."Elm və təhsil". 2015

Ədəbi orqanlarda çap olunan bədii yazıları

  1. Buludlar keçir. Hekayə.– "Azərbaycan" jurnalı, 1961
  2. Sənin qəlbində tufan. Hekayə. Lənkəran rayon qəzetində, 1968
  3. Əks-səda. Povest. "Ulduz" jurnalı, 1974, № 8
  4. Ana ömrü. Hekayə. "Ədəbiyyat və incəsənət" qəzeti, 1978
  5. Palatanın tavanı ağ-appaqdı. Hekayə. "Ədəbiyyat və incəsənət" qəzeti. 1982.
  6. Vəlinin kupletləri. Hekayə. "Azərbaycan" jurnalı, 1983
  7. Yay əhvalatı. Povest. "Azərbaycan" jurnalı, 1982
  8. Dəryada gəmim qaldı. Povest. "Söz" jurnalı, 1983.
  9. Beş dəqiqəlik yol. Hekayə. "Ulduz" jurnalı, 1970
  10. Dünya mənim. Romandan parçalar. "Söz" jurnalı, 2009 və s.

Çap olunan elmi məqalələrindən

  1. Altmışıncı illər ədəbi mühiti haqqında. "Söz" jurnalı, 1997, № 3–4
  2. Milli mənliyə sədaqət. "Dil və ədəbiyyat" jurnalı, BDU, 1999, № 1
  3. Milli varlığımızın təmsilçiləri. "Dil və ədəbiyyat" jurnalı, 1999, № 4
  4. Doxsanıncı illər ədəbi prosesinin bəzi cizgiləri haqqında. "Dil və ədəbiyyat",1999, № 2
  5. Bir məqsəd yolunda. "Elmi axtarışlar" jurnalı, AMEA, 2006, XXVI c.
  6. İnamın faciəsi. "Azərbaycan" jurnalı, 2008, № 11
  7. Bir daha XX əsr azərbaycan ədəbiyyatının mərhələləri haqqında. "Elmi axtarışlar", 2009, II.
  8. Tariximiz bədii təxəyyüldə. "Dil və ədəbiyyat", 2009, № 3
  9. Ədəbi tənqiddən tələbkarlıq. "Humanitar elmlərin elmlərin öyrənilməsinin aktual problemləri" jurnalı, BSU, 2009, № 5
  10. Azərbaycan romanının inkişaf problemlərinin tədqiqi haqqında. "Dil və ədəbiyyat", 2009, № 4
  11. "Həqiqətin üzünə dik baxan" iki roman. AMEA Xəbərləri (Humanitar elmlər seriyası), 2009, № 3–4.
  12. Metodun zühuru və süqutu. "Azərbaycan" jurnalı, 2010, № 1
  13. İdeoloji burulğanda işartılar. "Filologiya məsələləri" jurnalı, AMEA, 2010, № 2
  14. Y. V. Çəmənzəminlinin ilk romanı. "Filologiya məsələləri", 2009, № 7 və s.

Xarici jurnallarda

  1. 1920–1950’ li yıllar Azərbaycan edebiyyatında milli- manevi ideallar hakim ideolojinin girdabında. Türkiyə. "Turan" jurnalı, 2009, № 2
  2. Azerbaijani novel in 1930-s. Rusiya (Moskva). "Актуальные проблемы гуманитарных и естественных нук". Журнал научных публикаций. 2010 № 2
  3. Пять исторических романов Азербайджанской литературы в 1930–1940-х гг. Rusiya (Moskva). "Современные гуманитарные исследования". Журнал. 2009, № 6(31)
  4. Milli Manevi Degerlere Sadakat. Türkiyə. "Bay" (Balkan Aydınları ve Yazarları Kültür ve Sanat Dergisi. İstanbul/Kosova, 2010, № 173
  5. Революция и революционеры в Азербайджанском романе (1930–1955 гг.). "Хабаршы" (Вестник. Серия филологическая. Алматы, Казахский Национальный Университет. 2010, № 6
  6. Об исследовании Азербайджанского романа. Ukrayna. "Культура народов Причерноморья" (Симферополь. Межвузовский центр "Крым"). 2011, № 199. Bə s.

Elmi konfranslarda

  1. Azərbaycan nəsri Cəfər Xəndan tənqidində. Respublika elmi-praktik konfransı ("Klassik Azərbaycan filologiyası və müasir problemlər" toplusu. ADPU, 2010)
  2. Политико-идеологические рамки и национальная реальность в Азербайджанской литературе ХХ века. Pyatiqorsk Dövlət Linqvistika Universitetində III Beynəlxalq elmi konfrans ("Эпический текст: Проблемы и перспективы изучения", 2010)
  3. Roman janrı və milli bədii düşüncə. Beynəlxalq elmi konfrans. AMEA, Bakı ("Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələləri" toplusu, 2010)
  4. "Sifarişli mövzu" bədii həllini niyə tapa bilmədi? Beynəlxalq elmi konfrans. AMEA, Bakı ("Müasir şərqşünaslığın aktual problemləri" toplusu, 2011).
Üst