| kənd | |
| Yayıcı Zovaber | |
|---|---|
| |
| 40°34′02″ şm. e. 44°47′22″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Göyçə mahalı |
| Rayon | Sevan rayonu |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 1828 |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 1.773 ± 1 m |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Yayıcı Zovaber | |
Yayıcı (Zovaber) — İrəvan xanlığının Dərəçiçək mahalında, sonralar İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd.
Tarixi
Rayon mərkəzindən 16 km məsafədə, Zəngi çayının yanında, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim oğuz tayfalarından olan yayıcı etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zovaber (Dzovaber) qoyulmuşdur.
Toponimi
1978-ci ildə kənd ermənicə Tsovabert adlandırılmışdır. XVII əsrə aid erməni mənbəyinə görə adı Yaycılar idi
Əhalisi
XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi ermənilər idi.
Burada ermənilərlə yanaşı 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır.
XX əsrin əvvəllərində, yəni 1905–1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- 1828-ci ildə yaranan yaşayış məntəqələri
- Göyçə kəndləri

