Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yaşar Aydın oğlu Lətifov (16 iyun 1965, Bakı) — SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti (2016–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti pre

Yaşar Lətifov

Vikipediya, azad ensiklopediya
Yaşar Lətifov
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
18 aprel 2016 28 iyul 2023
Şəxsi məlumatlar
Doğum tarixi 16 iyun 1965(1965-06-16) (61 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ

Yaşar Aydın oğlu Lətifov (16 iyun 1965, Bakı) — SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti (2016–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri.

Həyatı

Yaşar Aydın oğlu Lətifov 16 iyun 1965-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.

Təhsili və karyerası

1987-ci ildə İ. M. Qubkin adına Moskva Neft və Qaz İnstitutunu "Neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi" ixtisası üzrə bitirərək "Azneft"in 2 saylı Binəqədi Neft-Qaz Çıxarma İdarəsində operator kimi əmək fəaliyyətinə başlamış, daha sonra usta vəzifəsinə keçirilmişdir. 1989-cu ildən etibarən Vyetnam, Rusiya, Böyük Britaniya və Türkiyədə beynəlxalq səviyyəli uzunmüddətli layihələrdə fəaliyyət göstərmişdir. 2012-ci ildən SOCAR prezidentinin müşaviri və "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" layihələrinin aktivləri üzrə SOCAR-ın maraqlarının idarə edilməsi ilə məşğul olan SOCAR "Upstream Management İnternational MMC"nin İcraçı Direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il Sərəncamı ilə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.

28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.

Həmçinin bax

  • Xoşbəxt Yusifzadə
  • Elşad Nəsirov (siyasətçi)
  • Mikayıl İsmayılov
  • Bədəl Bədəlov
  • Xalik Məmmədov
  • Tofiq Qəhrəmanov
Üst