| Yeddilər qalası | |
|---|---|
| Ölkə | |
| Yerləşir | Quba rayonu |
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı | |
| İstinad nöm. | 302 |
| Kateqoriya | Qala |
| Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
| 41°11′36″ şm. e. 48°26′29″ ş. u.HGYO | |
![]() | |
Yeddilər qalası — Azərbaycanda Quba rayonunun Zıxır kəndində yerləşən qala.
Qala Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
Yeddilər qalası Quba rayonunda Qaraçayın sağ sahilində Zıxır kəndi yaxınlığında yerləşir. Qala 3 tərəfi qayalarla əhatə olunmuş qaranlıq dərənin üzərində tikilib. Buna görə bəzən qalaya "Qaranlıq qala" da deyirlər. Bir hektardan çox ərazini əhatə edir. Qalanın X əsrdə tikildiyi ehtimal olunur.
1980-ci illərdə azərbaycanlı şair və ictimai xadim Bəxtiyar Vahabzadə "Gəlin bir az düşünək" adlı məqaləsində bildirmişdir ki, Yeddilər qalasının divarları sökülərək daşınmış, inşaat materialı kimi istifadə edilmişdir.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra qala Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
- Əlifba sırasına görə tarixi abidələr
- Quba abidələri
