| Yellicə | |
|---|---|
| 40°05′44″ şm. e. 45°56′59″ ş. u.HGYO | |
| Ölkə |
|
| Yellicə | |
Yellicə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Yellicə kəndi Keşdək kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yellicə kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanatdan sonra kənd 25 noyabr 2020-ci ildə boşaldıldı.
Toponimikası
Yaşayış məntəqəsini XIX əsrdə qonşu Keşdək kəndindən köçmüş ailələr Yellicə adlı binə yerində saldığı üçün belə adlanmışdır. Oykonim "yelli, küləkli yer" mənasındadır.
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi
Tanınmış şəxsləri
- Ədalət Dəlidağlı — Aşıq.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Kəlbəcər rayonu qaralamaları
- Kəlbəcər rayonunun kəndləri
