| Yusif Əliyev | |
|---|---|
| Yusif Əliyusif oğlu Əliyev | |
| |
| Doğum tarixi | 2 dekabr 1969 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 14 sentyabr 1991 (21 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | Şəhid |
| Dəfn yeri |
|
| Fəaliyyəti | hərbi qulluqçu |
| Mükafatları | |
Yusif Əliyev (2 dekabr 1969, Qobustan – 14 sentyabr 1991, Buzluq, Goranboy rayonu və ya Manaşid, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 223 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkmişdir.
Döyüşlərdə iştirakı
Yusif Əliyev 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüş sınağından çıxır. Silahlı erməni quldurları Buzluq, Mənəşli, Erkəç kəndləri tərəfdən basqınlar edirdilər. Lakin 24 fevralda Mənəşli kəndinə hücum edildikdə ermənilər pərən-pərən düşdülər. 1991-ci il 14 sentyabrda düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin ölümü bahasına başa gəlir.
Ailəli idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əliyev Yusif Əliyusif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.
Xatirəsi
Qobustan qəsəbəsindəki 195 saylı tam orta məktəb qəhrəmanın adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.
Yusif Əliyev haqqında "Yaddaş" studiyasında "Vətənə bağışlanan həyat" adlı sənədli film çəkilmişdir. 2015-ci ildə Qobustan qəsəbəsindəki Aşıq Rza adına Mədəniyyət evində filmin təqdimatı olmuşdur.
Həmçinin bax
- Birinci Qarabağ müharibəsi
- 2 dekabrda doğulanlar
- 1969-cu ildə doğulanlar
- Qaradağ rayonunda doğulanlar
- 14 sentyabrda vəfat edənlər
- 1991-ci ildə vəfat edənlər
- 21 yaşında vəfat edənlər
- Buzluqda vəfat edənlər
- Goranboy rayonunda vəfat edənlər
- Ağsu rayonunda dəfn olunanlar
- Azərbaycanın Milli Qəhrəmanları
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları
- Birinci Qarabağ müharibəsində həlak olanlar
- SSRİ milisonerləri
