Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yuxarı Girətağ və ya Yuxarı Kirətağ — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.

Yuxarı Girətağ

39°14′25″ şm. e. 46°16′00″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Yuxarı Girətağ
39°14′25″ şm. e. 46°16′00″ ş. u.HGYO
Ölkə  Ermənistan
Rayon Qafan rayonu
Əhalisi
Əhalisi
  • 0 nəf. (1897, 1926, 1939, 1959, 1970, 1979, 1989, 2011)
Xəritəni göstər/gizlə
Yuxarı Girətağ xəritədə
Yuxarı Girətağ
Yuxarı Girətağ

Yuxarı Girətağ və ya Yuxarı Kirətağ — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.

Tarixi

Yuxarı Kirətağ rayon mərkəzindən 13 km şimal-şərqdə, Oxçu çayının sol qollarından biri olan Kirətağ çayının sol sahilində yerləşir.

Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Kənddə 1886-cı ildə 537 nəfər, 1897-ci ildə 328 nəfər, 1904 - cü ildə 666 nəfər, 1914 - cü ildə 289 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər.

Burada 1922-ci ildə 71 nəfər, 1926-cı ildə 223 nəfər, 1931-ci ildə 396 nəfər, 1939-cu ildə 139 nəfər, 1959-cu ildə 310 nəfər, 1979-cu ildə 120 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır.

Toponim qədim türk dilində "kənar, çöl, düzənlik" mənasında işlənən kır sözü ilə tağ (>dağ) sözünün birləşməsindən əmələ gəlmişdir.

Toponim əvvəlindəki "yuxarı" sözü fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Mədəniyyəti

Coğrafiyası və iqlimi

Əhalisi

1988-ci ilə qədər azərbaycanlılar

Görkəmli şəxsiyyətləri

  • Hafiz Baxış (Baxışov Hafiz Həbib oğlu) – Azərbaycan şairi (1932 - 1989).

İqtisadiyyatı

Əkinçilik və heyvandalıq

Üst